GİNKULOV Yakov Daniloviç (1800, Ovidiopol, indiki Odessa vil., Ukrayna Resp. – 1870) – moldav pedaqoqu, filoloq, maarifçi. Kişinyovda dini seminariyanı bitirmişdir (1821). Qarşılıqlı tәhsil nәzәriyyәsinin tәrәfdarı idi. Kişinyovda birinci lankaster mәktәbinin direktoru olmuşdur (1824). Bessarabiyada ilk ibtidai mәktәblәrin yaradılmasında iştirak etmişdir. 1830–65 illәrdә S.-Peterburqda Xarici işlәr nazirliyindә tәrcümәçi işlәmiş, eyni zamanda 1839–58 illәrdә S.-Peterburq un-tindә valax-moldav dili kafedrasına rәhbәrlik etmişdir (1855 ildәn prof.). “Valax-moldav qrammatikasının qaydaları” (1840), vә “Valax-moldav dilini öyrәnmәk mәqsәdilә nәsr, mәnzum әsәr vә tәrcümәlәrin toplusu” (1840) kitablarının müәllifidir. Bessarbiyanın tәhsil müәssisәlәrindә ana dili 50 ildәn artıq bu kitablar vasitәsilә tәdris edilmişdir. Moldav-rus mәdәni әlaqәlәrinin möhkәmlәndirilmәsindә mühüm rolu olmuşdur.