Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GİNNESS 

    GİNNESS (Guinness) Alek (2.4.1914, London – 5.8.2000, Midxerst) – ingilis aktyor vә rejissoru. Aktrisa F.Komptonun vә F.F.Komissarjevskinin şagirdi olmuşdur. 1934–36 illәrdә London teatrlarında U.Şekspir, R.B.Şeridan, B.Şou, A.P.Çexov vә b.-nın pyeslәrindә epizodik rolları ifa etmişdir. 1936–81 illәrdә (fasilәlәrlә) “Old Vik”dә işlәmişdir (1938 ildә T. Qamrinin quruluşunda Şekspirin “Hamlet” dramında Hamlet rolunda oynamışdır). Hәmçinin “Lirik”, “Arts” vә başqa teatrlarda işlәmişdir. O, ciddi xarakterli, psixoloji cәhәtdәn çoxsaxәli obrazlar yaratmışdır. Bu obrazlarda dәrin zәka, iradә vә ideyalar müasir dövrün absurdları ilә toqquşur. G.-in yaradıcılıq diapazonu fars vә qroteskdәn faciәviliyә, zalımlıqdan ideya uğrunda tәmәnnasız mübarizәyә qәdәr yüksәlir. Onun kinoda debütü – D.Linin “Böyük ümidlәr” (1946) filmindә Herbert Poket rolu geniş rezonans doğurmuşdu. “Xeyirxah ürәklәr vә taclar” (8 rol oynamışdır), “Ağ kostyumlu adam”, “Ledinin qatillәri” vә s. kinokomediyalarda oynadığı obrazların zahirәn görünәn vә daxilәn yaşanan ekran tәcәssümü nadir istedadın bir çox dәrin cizgilәrini üzә çıxarmışdır. G.-in aktyor mәharәti 1950–60-cı illәrdә yaratdığı rollarda özünü daha qabarıq şәkildә göstәrmişdi: polkovnik Nikolson [“Kvay çayı üzәrindә körpü”, “Oskar” mükafatı (1980)], rәssam (“Rәssamın dili ilә”, G.-in ssenarisi, Venesiya kinofestivalının mükafatı), Feysәl (“Ərәbistanlı Lourensi”) vә b. Yüksәk sәviyyәli jest vә intonasiya, ciddi rollar yaratmaq ustası olan G. oynadığı kiçik rollarda (“Kvillerin memorandumu”, “Kromvel”, “Ulduz müharibәlәri”) belә qәhrәmanın daxili alәminә nüfuz etmәyә nail olurdu. Dünya kinosunun müharibәdәn sonrakı dövrünün aparıcı aktyorlarından biri olduğu kimi o, hәmçinin İngiltәrә sәhnәsinin dә böyük sәnәtkarlarından idi: Dmitri Karamazov (“Karamazov qardaşları”, F.M.Dostoyevski, rej. P.Bruk), tәlxәk (“Kral Lir”, U.Şekspir, rej. L.Olivye), II Riçard (“II Riçard “, U.Şekspir), Xlestakov (“Müfәttiş”, N.V.Qoqol”).

    Bir sıra tamaşalara quruluş vermiş [“On ikinci gecә”, (U. Şekspir, 1948, “Nyu tietr”, “Old Vik”), “Hamlet” (1951, “Nyu tietr”)], televiziyada fәaliyyәt göstәrmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN