GİNOFÓR (yun. γυνή qadın vә φορός – daşıyan) – çiçәyin steril sahәsi; erkәkcik vә meyvәyarpaqlar arasında çiçәk yatağının bitişmәsi nәticәsindә yaranır. Qaymaqçiçәyi vә çınqılotunda konusvarı çiçәk yatağının bir hissәsi kimi aydın görünür. Qәrәnfil fәsilәsi, gәvәnin bәzi növlәri kimi digәr bitkilәrdә üzәrindә dişicik yerlәşmiş nazik ayaqcıq şәklindәdir.