Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GİNOGENÉZ 

    GİNOGENÉZ (yun.γʋvή – qadın vә...genez) – çoxalma vә inkişafın xüsusi forması; bu zaman spermatozoid yumurtahüceyrәyә keçdikdәn sonra onların nüvәlәri birlәşmir vә sonrakı inkişafda yalnız yumurtahüceyrәnin nüvәsi iştirak edir. Mayalanmış yumurtanın inkişaf stimulyasiyası (tәkan vermәsi) spermatozoidin rolunu mәhdudlaşdırır. G. bakirә çoxalmanın, yaxud partenogenezin xüsusi formasıdır. Androgenez G.-in analoqu, bununla yanaşı, hәm dә onun әksinә olan anlayışdır. Normal çoxalma üsulu kimi G. girdә qurdlar, balıqlar, suda-quruda yaşayanlar, hәmçinin bәzi örtülütoxumlu bitkilәrdә vardır. Balıqlarda G. zamanı nәsil bir erkәkdәn ibarәt olur; onların kürüsü yaxın (qohum) növlәrin sperması ilә mayalanır.

    G.-i tәcrübi yolla termoşok (isti, yaxud soyuq), spermaları sentrofuqa vasitәsilә tәrkib hissәlәrinә ayırmaq, rentgen şüaları, kimyәvi agentlәr vә s. ilә mayalanma prosesini pozmaqla yaratmaq olar. Belә yolla alınan G. tezliklә rüşeymin mәhvi ilә bitir. Belә ki, onun gen dәsti diploid (ikiqat) deyil, bir gen dәsti olur. Yetkin ginogenetik orqanizmlәr almaq üçün xromosomların diploid sayını bәrpa etmәk, yaxud onların poliploid sayını almaq lazımdır. İndiyәdәk diploid G.-i tut ipәksarıyanında vә bәzi balıqlarda, triploid G.-i isә aksolotl vә digәr quyruqlu suda-quruda yaşayanlarda almaq olurdu.

    Mayalanmada, inkişafda vә irsiyyәtdә nüvәnin vә sitoplazmanın rolunun tәdqiqindә G. ümumbioloji cәhәtdәn çox böyük maraq doğurur. Tәcrübi G. inkişafın vә cinsin süni idarә edilmәsi üsulu kimi dә maraqlıdır

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN