GİNZBURQ İsaak Solomonoviç (23.1.1898, indiki Belorus resp.-nın Çausı ş. – 21.3.1974, Bakı) – Azәrb. cәrrahı, onkoloq. Tibb e.d. (1924), prof. (1935), Azәrb. SSR әmәkdar hәkimi (1941) vә әmәkdar elm xadimi (1942). Xarkov Un-tinin tibb fakültәsini bitirmişdir (1920). 1921 ildәn Azәrb. Dövlәt Un-tinin prof. B.K. Finkelşteynin rәhbәrlik etdiyi klinikada işlәmәyә başlamışdır. 1921 ildә Bakı ş. 1№-li Klinik xәstәxanada 30 çarpayılıq onkoloji şöbә yaratmışdır, bu sonralar genişlәndirilәrәk 100 çarpayılıq onkoloji dispanserә, 1941 ildә Azәrb. Elmi Tәdqiqat Rentgenologiya, Radiologiya vә Onkologiya İn-tunun kliniki bazasına çevrilmişdir. G. Azәrb. Dövlәt Tibb İn-tunun uşaq vә qospital cәrrәhiyyә (1936–38), topoqrafik anatomiya vә operativ cәrrahiyyә kafedralarının (1938–72) müdiri, Azәrb. SSR Elmi Tәdqiqat Rentgenologiya, Radiologiya vә Onkologiya İn-tunun ilk direktoru (1941–59) olmuşdur. G.-un çoxcәhәtli elmi vә praktik fәaliyyәtinә Böyük Vәtәn müharibәsi zamanı döyüş travmalarının müalicәsindә cәrrahi müdaxilәlәrin, qarındaxili fistulaların müalicәsinin orıjinal üsullarının, düz bağırsağın düşmәsi zamanı onun fiksasi- yası üsullarının işlәnib hazırlanması daxildir. Azәrb. SSR-in baş onkoloqu olmuşdur. Kadr hazırlanmasında xidmәti var.