GİNZBURQ Raxil Solomonovna (1.6.1920, Bakı – 6.12.1995, orada) – aktrisa. Azәrb. SSR xalq artisti (1964). Bakı Teatr Texnikumunu bitirmişdir (1943). Sәhnә fәaliyyәtinә 1941 ildәn başlamış, ilk dәfә hәmin ildә “Nә yardan qoyur, nә әldәn qoyur” (Lope de Veqa) tamaşasında çıxış etmişdır. 1943 ildәn Azәrb. Rus Dram Teatrının aktrisası olmuşdur. Nina (“Maskarad”, M.Lermontov), Negina (“İstedadlar vә pәrәstişkarlar”, A.Ostrovski), İrina (“Üç bacı”, A.Çexov), Polya, Liza (“Meşşanlar”, “Günәşin övladları”, M.Qorki), Valya, Lidiya (“İrkutsk әhvalatı”, “Köhnә dәbli komediya” A.Arbuzov), Mariya Stüart (“Mariya Stüart”, F.Şiller), Epifaniya, Eliza (“Milyonçu xanım”, “Piqmalion”, B.Şou), Katarina (“Şıltaq qızın yumşalması”, U.Şekspir), Sirin (“Fәrhad vә Şirin”, S.Vurğun), Gültәkin (“Aydın”, C.Cabbarlı), Klitemnestra (“Mәnim mәhәbbәtim Elektra”, L.Dürko), Sara Bernar (“Lanqust gülüşü”, C.Marrel) G.-un ifa etdiyi әn yaxşı rollardandır. G.-un ifası üçün çoxcәhәtlilik, ifadә vasitәlәri zәnginliyi, emosionallıq, qәhrәmanların daxili alәminә nüfuz etmәk mәharәti sәciyyәvi idi.