Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GİPS 

    GİPS (yun. γύψος – tәbaşir, әhәng) – tәbii sulfatlar sinifinin mineralı, CaSO4.2H2O. Monoklinik sinqoniyada kristallaşır. Lövhәvarı, sütunvarı, prizmatik, lifli kristallar әmәlә gәtirir; “qaranquşquyruğu” kristallik ikilәşmәlәr, “gips qızılgülü” şәklindә kristal bitişiklәri, druzlar xarakterikdir. Sıx dәnәli vә lifli kütlәlәr yaradır. Tәmiz G. şәffaf vә rәngsizdir. Qarışıqlar nәticәsindә boz, sarı, çәhrayı, qonur vә s. rәngdә olur. Şüşә, sәdәfi, ipәyi parıltılıdır. Sәrtliyi 1,5–2, sıxlığı 2310–2320 kq/m3. Yataqlarının çoxu anhidridin hidratlaşması, nadir hallarda sulfid yataqlarının, vulkanik süxurların kimyәvi aşınması nәticәsindә әmәlә gәlir. Kәşf olunmuş G. ehtiyatının yarıdan çoxu ABŞ vә Kanadadadır. İtaliyada, AFR-dә, RF-dә, Tür.-da, Böyük Sәhrada, Azәrb.-da (Kiçik Qafqazın şm.-ş.-indә, Nax. MR-dә) vә s. yerlәrdә dә yataqları var. G.-dәn tikinti, kağız vә kimya sәnayesindә, metallurgiyada, memarlıqda, tibdә, optikada, vә s. sahәlәrdә istifadә olunur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN