GİPSLEND NEFTLİ-QAZLI HÖVZƏSİ – Avstraliyanın c.-ş.-indә, o cümlәdәn Bass boğazı vә Tasman dәnizi akvatoriyalarındadır. Sah. 41 min km2 (o cümlәdәn 35 minkm2-i akvatoriyada). Neftin kәşf olunmuş ilkin ehtiyatı 513 mln. t, qaz – 350 mlrd. m3, qaz kondensatı – 19 mln. t-dur. Quruda ilk neft yatağı (Leyks-Entrans) 1924 ildә, şelf zonasında ilk qaz yatağı (Barrakuta) 1965 ildә kәşf olunmuşdur. Hövzәdә neft hasilatı 1930 ildәn, qaz hasilatı 1969 ildәn aparılır. 2005 ilin әvvәlinә 35 yataq (19 neft, 5 qaz vә qaz-kondensat vә 11 qaz-neft) aşkar edilmişdir. İri yataqlar: Kinqfiş (ilkin neft ehtiyatı 151,3 mln. t, qaz–8,4 mlrd. m3), Marlin (uyğun olaraq 27,8 mln. t vә 99 mlrd. m3), Halibet (70 mln. t vә 1 mlrd. m3), Snapper (22 mln. t vә 85 mlrd. m3). Hövzә tektonik cәhәtdәn Paleogen vә Tәbaşir çöküntülәri ilә dolmuş Oliqosen-Neogen yaşlı sineklizlә әlaqәdar- dır. Hövzәni şm.-dan Avstraliya Alp d-rı, c.-dan Fürno a-rı, c.-q.-dәn Bass neftli-qazlı hövzәsi, ş.-dәn kontinental yamacın tektonik pillәsi әhatәlәyir. Əsas mәhsuldar horizontlar 819–3379 m dәrinliklәrdә yatan Eosen yaşlı qumdaşıdır. Neftlәr naften tәrkibli, azkükürdlü, yüngüldür (791–840 kq/m3). Bir sıra yataqların qazında CO2-nin miqdarı yüksәkdir (Turrum yatağında 15,9%-әdәk). Şelf zonasının yataqları boru-kәmәrlәr sistemilә Melbrunla birlәşmişdir.