Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GİPSLİ YAPIŞDIRICI MATERİALLAR

    GİPSLİ YAPIŞDIRICI MATERİALLAR – qismәn, yaxud tam hidratsızlaş- dırılmış kalsium-sulfatdan vә bәzi hallarda xüsusi әlavәlәrdәn (bәrkimәni sürәtlәndirәn, suyadavamlılığı yüksәldәn) ibarәt yapışdırıcı materiallar. Xammal kimi tәbii gips, anhidrit vә bәzi sәnaye tullantıları (fosfogips, bor-gips vә s.) işlәdilir. Su ilә qarışdırıldıqda G.y.m. kalsium-sulfat dihidrata (CaSO4·2H2O) çevrilir. G.y.m.-ın әsas qrupu k a l s i u m - s u l f a t   y a r ı m  h i d r a t ı d ı r (CaSO4·0,5H2O; adәtәn, gips yarımhidratı adlanır); tәbii gipsin 110–160°C-dә termik emalından sonra yanma mәhsulunu narın ovuntuya (bәzәn termik emaldan әvvәl xırdalanır) çevirmәklә alınır. Aşağı temp-rda alınması vә xammalın bәrkliyinin azlığı (xırdalanmasını asanlaşdırır) gipsi iqtisadi cәhәtdәn sәmәrәli yapışdırıcı edir (portlandsementlә müqayisәdә gips istehsalında enerji sәrfi 4–5 dәfә azdır). İstilik emalı rejimindәn asılı olaraq gips α- vә β-modifikasiyalı olur. β-yarımhidrat G.y.m.-ın daha geniş yayılmış növüdür. Bu inşaat gipsi (vә ya alebastr), qәlib gipsi (yanma mәhsulunu daha xırda doğramaqla alınır) vә tibbi gipsdir (yüksәk tәmizlikli xammaldan alınır). α-yarımhidrat (yüksәkdavamlı gips dә adlanır) doğranmış (çınqıl vә ya daha iri kәsәklәr şәklindә) tәbii gipsin avtoklavlarda (120–140°C vә 0,2–0,3 MPa tәzyiqdә), yaxud xammalın bәzi duzların sulu mәhlulunda istilik emalı ilә (110±5°C temp-rda) alınır. İstehsalının mürәkkәbliyinә görә geniş miqyasda tәtbiq edilmir. Hәr iki növ gips 2–20 dәq-yә yapışır (bitişir) vә tez bәrkiyir (2 saat-adәk). Müxtәlif növ әlavәlәr etmәklә bu proseslәri lәngitmәk vә sürәtlәndirmәk olar.

    G.y.m.-ın digәr qrupu, әsasәn, susuz kalsium-sulfatdan (CaSO4) ibarәt olan a n h i d r i t   y a p ı ş d ı r ı c ı l a r d ı r. Onlara çox bişmiş gips vә anhidrit sementi aiddir. Çox bişmiş gips tәbii gipsin vә ya anhidritin doğranması vә 800–950°C-dә yandırılması ilә hazırlanır. Anhidrit sementi almaq üçün tәbii anhidritdәn vә ya 600–700°C-dә yandırılan tәbii gipsdәn istifadә olunur. Anhidrit yapışdırıcılar gec (2 saatdan çox) yapışır vә lәng bәrkiyir.

    Yüksәk suyadavamlılığa malik q a  r ı ş ı q  G.y.m. inşaat gipsinә (vә ya digәr G.y.m. növlәrinә) portlandsement vә stabillәşdirici әlavәlәr (gips vә portlandsementi birbaşa qarışdırmaq olmaz) etmәklә alınır.

    G.y.m. (әsasәn, β-yarımhidrat) tikintidә (quru qarışıqlar, gips-karton vә gips-beton mәmulatlar, hörgü vә suvaq materialları), keramika sәnayesindә, heykәltәraşlıq әsәrlәrinin surәtlәrinin, arxitektura detallarının hazırlanmasında, tibdә sınıqların müalicәsindә vә s. istifadә olunur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN