Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GİR 

    GİR Riçard, Richard Tiffany Gere (d.31.8.1949, Pensilvaniya ştatı, Filadelfiya) – Amerika kinoaktyoru. 1967 ildә Massaçusets ştatının Amherst un-tinә daxil olmuş, lakin tәhsilini yarımçıq qoymuşdur. 1971 ildә Keyp-Kolda Guildenstern vә Rosencrantz teatrlarında çıxış etmişdir. Kinoda ilk rolu “Cәnab Goodbar” (1971) filmindә olmuşdur. 1973–80 illәrdә çәkildiyi filmlәr ona populyarlıq gәtirmiş, bir-birinin ardınca müxtәlif filmlәrә dәvәt almışdır. G. 1975 ilәdәk epizodik rollarda çıxış etmiş, 1977 ildә “Mister Qudbarın axtarışı” filmindә ilk dәfә baş rolda çәkilmişdir. G.-in intim emosional rolları daha uğurlu alınırdı. Rej. Hekfordun “Zabit vә centlmen” (1982) filmindә yaratdığı obraz G.-in xarakterinә uyğun olduğuna görә rol real cizgilәri ilә seçilir. 1990 ildә “Gözәlçә” filmindәki rolu aktyora böyük şöhrәt gәtirmişdir. Çәkildiyi başqa filmlәr: “Qan qardaşları” (1978), “Son nәfәsdә” (1983), “Evdәn uzaqda” (1988), “Avqust rapsodiyası” (1991), “Yol ayrıcında” (1994), “Birinci rıtsar” (1995), “Çaqqal” (1997), “Nyu-Yorkda payız” (2000), “Çikaqo” (2003, әn yaxşı kişi roluna görә “Qızıl qlobus” mükafatı), “Arı mövsümü” (2005), “Mәn orda yoxam” (2007), “Xatiko: әn sadiq dost” (2009), “İkili agent” (2011), “Moviye 43” (2013), “Meriqold” oteli. Mәskunlaşma davam edir” (2015). 2015 ildә Karlovı-Varı kinofestivalında dünya kinosuna verdiyi töhfәlәrә görә xüsusi mükafata layiq görülmüşdür.

    R.Gir “Nyu-Yorkda payız” filmindә.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN