GİRDƏBAŞLAR, y u m r u b a ş l a r (Phrynosephalus) – aqamalar fәsilәsindәn kәrtәnkәlәlәr cinsi. Bәdәninin uz. 25 sm-әdәkdir. Başı qısa, girdә (adı da buradandır), bәdәni enli, yastılaşmış, quyruğu nisbәtәn qısa, başlanğıc hissәsi az yastıdır vә bel tәrәfә spiral şәklindә burula bilir. Tәbil zarları dәri altındır. Bәdәni bircins xırda pulcuqlarla (aralarında irilәrinә dә rast gәlinir) örtülüdür, Arxa әtrafların barmaqları yanlardan qәrni dişciklәrlә haşiyәlәnmişdir. 40-a yaxın növü var: Asiyanın, Cәnub-Şәrqi Avropanın vә Şimali Afrikanın daşlı, qumlu vә gilli sәhralarında yaşayırlar; Azәrb.-da 1 növü – yovşanlıq girdәbaş kәrtәnkәlәsi (P. helioscopus) var. Gündüzlәr fәaldır. Bir çox G. bәdәnini yanlara hәrәkәt etdirәrәk asanlıqla özünü quma basdıra bilir. Çox vaxt cücülәrlә (әsasәn, qarışqalarla) vә digәr onurğasızlarla qidalanır; iri növlәri daha xırda kәrtәnkәlәlәrә hücum edә bilir; bәzilәri bitkilәrin şirәli hissәlәrini yeyir. G-in çoxu yumurtaqoyandır, yalnız dağ Tibet G.-ına yumurtairidoğma xasdır. Ən iri növü Rusiya, hәmçinin Qazax., Orta Asiya, İran vә Əfqanıstanda yaşayan qulaqlı G.-dır (P. mystaceus). Onun adı, ağzının kәnarlarında yerlәşmiş vә kәrtәnkәlә qorxuducu vәziyyәtdә ağzını açarkәn genәlәn bir cüt qulaqşәkilli dәri qatları ilә bağlıdır. Bel tәrәfi bozumtul-sarı (qum rәngli), qarıncıq hissәsi ağdır. Bitkiliyi az olan barxan qumlarında yaşayır.
Yovşankıq girdәbaş kәrtәnkәlәsi (Phrynocephalus helioscopus).