GİRDƏDİLLİLƏR (Discoglossidae) – quyruqsuz suda-quruda yaşayanların әn qәdim vә arxaik fәsilәlәrindәn biri. Qәdim G.-in qazıntı qalıqları Son Yuradan mәlumdur. Bәdәni qurbağaşәkillidir, uz. 8 sm-ә qәdәrdir. Bütün hәyatı boyu qısa qabırğaları olan, 8-dәn çox arxaya әyilmiş (opistosel) gövdә fәqәrәlәri var. Xaçvarı fәqәrәsi sәrbәstdir, enlilәşmiş köndәlәn çıxıntılara malikdir. Döş qurşağı hәrәkәtlidir. Dili qalın, girdәdir (fәsilәnin adı da buradandır), ağız boşluğunun dibinә birlәşir vә ondan xaricә çıxa bilmir. Üst çәnәdә dişlәr var. Müasir G.-in 18 növü әhatә edәn 4 cinsi (o cümlәdәn anac qurbağaları, quru qurbağaları) var; Avropada, Asiyada vә Şimal-Qәrbi Afrikada yayılmışlar.