Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GİRDƏQULAQLAR

    GİRDƏQULAQLAR, p ә l ә q u l a q l a r (Lagostomus) – şinşillalar fәsilәsindәn iri gәmirici heyvan cinsi. Bәdәninin uz. 47–66 smquyruğunun uz. 20 sm-әdәk, kütlәsi 7 kq-adәk olur. Başı qeyri-mütәnasib böyük, gözlәri iridir. Ön әtrafları dördbarmaqlı vә küt caynaqlı, arxa әtrafları üçbarmaqlı vә uzun, iti caynaqlıdır. Beli tünd-boz, qarnı ağ rәngdәdir. Alnı vә başının üst tәrәfi qara, üzündә burnundan başlayıb gözlәrindәn keçәn uzununa ağ vә qara zolaqlar var. Quyruğunun tüklәri şaquli olaraq yuxarı vә aşağı bitdiyindәn o yastı görünür. Cinsin düzәnlik girdәqulağı (L. maximus) adlı müasir növü var. Cәnubi Amerikanın quraq r-nlarında yayılmışdır; 2000 m yüksәkliyәdәk dağlara qalxa bilir. Bitkilәrin yaşıl vә yeraltı hissәlәri ilә qidalanır. 20–30 fәrddәn ibarәt koloniyalarla mәskunlaşırlar. G.-ın  mәskәnlәri yüz illәrlә daimi yerlәrdә mövcud olur; onlar torpaq sәviyyәsindәn 50– 80 sm hündürlükdә spesifik landşaft yerlәri formalaşdırmaqla özlәrinә yuvalar düzәldirlәr. Bu mәskәnlәr onlarca yuvadan ibarәtdir; yuvalardakı yeraltı yolların ümumi uz. 200 m-әdәk, giriş dәliklәrinin diametri 1 m-әdәk olur. Yemlәnmә vaxtı bir, yaxud bir neçә girdәqulaq keşikçi kimi dayanaraq tәhlükә hiss etdikdә ucadan sәslәr çıxarırlar. G. saatda 40 km sürәtlә hәrәkәt edә vә 3 m-әdәk uz.-ğa tullana bilirlәr. Sutkanın axşam vaxtları fәal olurlar. İldә, adәtәn 2 bala vermәklә 1 dәfә çoxalırlar. Yerli әhalinin ov obyektidir (dadlı әtinә görә). Onların yuvaları bir çox heyvanların sığınacağıdır. Cәnubi Amerikanın düzәnlik ekosistemlәrinin görünüşünün formalaşmasında vә saxlanmasında G.-ın mühüm rolu var. İnsanlar tәrәfindәn mәhv edilәn koloniyalar bәrpa olunmur.

    Düzәnlik girdәqulağı (Lagostomus maximus).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN