GİRDƏNİ – Azәrb. Resp. Ordubad r-nu (Nax. MR) әrazisindә çay. Vәnәnd çayının sağ qolu; mәnsәbindәn 21 km mәsafәdә, 1800 m hünd.-dә ona tökülür. Uz. 8 km, hövzәsinin sah. 16 km2-dir. Qar, yağış vә yeraltı sularla qidalanır. Yaz-yay fәsillәrindә daşqınlar olur.