GİRDİMAN – Azәrb.-da tarixi vil. Albaniyanın (Qafqaz) tәrkibindә idi. Mәnbәlәrdә Qardman (ermәni), Qardabani (gürcü) kimi qeyd olunur. Uti nahiyәsinin altı әyalәtindәn biri olan G. Girdiman hökmdarlığının mәrkәzi vil. idi. G.-ın hansı әrazini әhatә etmәsi haqqında müxtәlif mülahizәlәr mövcuddur. Tәdqiqatçıların bir qismi G.-ın Qazax r-nu әrazisindә olduğunu, başqaları Şәmkir vә Gәdәbәy r-nları әrazisindә olduğunu, digәrlәri isә Göyçay, Girdiman vә Ağsu çaylarının hövzәsindә yerlәşdiyini göstәrirlәr.