Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GİRDİMAN HÖKMDARLIĞI

    GİRDİMAN HÖKMDARLIĞI – Azәrb.-da erkәn orta әsrlәrdә mövcud olmuş hakimlik. Albaniya (Qafqaz) әrazisindә idi. Albaniyanın q.-indә Bizansın tabeliyindә olan torpaqları ilә sәrhәddә mühüm hәrbi strateji zonada yerlәşәn G.h. haqqında alban tarixçisi Musa Kalankatuklu vә ermәni tarixçilәri mәlumat vermişlәr. M.Kalankatuklunun mәlumatına görә, Araz çayından Xunarakert (digәr mәnbәlәrdә Hunan) qalasınadәk Albaniyanın düzәn vә dağlıq zonasında mәskunlaşmış Girdimanın әhalisi әfsanәvi Aranın nәsillәridir. Girdimanda yerli avtoxton әhali yaşayırdı. Girdimanı yerli alban hakimlәri idarә edirdi. Əhalisi 4 әsrdә xristianlığı, 5 әsrdә isә alban yazısını qәbul etdi. M.Kalankatuklunun mәlumatına görә, Mihranilәr nәslinin bir qolu Sasani hökmdarı II Xosrovun cәzasından qurtarmaq üçün Albaniyaya köçәrәk Uti әyalәtinin Girdiman vil.-ndә mәskunlaşdı vә getdikcә әrazilәrinin sәrhәdlәrini genişlәndirәrәk tәdricәn bütün Albaniyaya yiyәlәndi. Yerli zadәganlar vә alban Arşakilәri ilә qohumluq әlaqәlәri yaradan Mihranilәr xristianlığı, alban dilini vә adәt-әnәnәlәrini qәbul edәrәk albanlaşdılar. Mihranilәr sülalәsi hakimiyyәtә keçdikdәn sonra Girdiman vil. 6–8 әsrlәrdә Albaniyanın siyasi vә iqtisadi hәyatında mühüm rol oynamağa başladı. Girdiman qalasını, Mehravan ş.-ni, xristian mәbәdini Mihranilәr salmışlar. M.Kalankatuklunun mәlumatına görә, dağlıq vil. olan Girdimanın zәngin tәbii şәraiti vardı. Girdiman dәmir vә mis mәdәnlәri ilә mәşhur idi. Erkәn orta әsrlәrdә Girdiman sәnәtkarlıq vә ticarәt mәrkәzi kimi dә tanınırdı. Girdiman hәm dә Albaniyada xristianlığın ilk ocaqlarından vә dini-inzibati vahidlәrindәn – yepiskopluqdan biri olmuşdur. Girdiman yepiskopları alban kilsә yığıncaqlarında müntәzәm iştirak edirdilәr. Onların bәzilәri hәtta Alban kilsәsinin katalikosu seçilmişdi. Sonralar bütün Albaniyada hakimiyyәti әlә keçirәn Mihranilәr öz paytaxtlarını Girdiman qalasından Bәrdәyә köçürdülәr. M.Kalanka- tuklunun yazdığına görә, Mihranilәrin qış iqamәtgahı Xalxal ş. idi. 7–9 әsrlәrdә Girdiman Beylәqan vil. ilә yanaşı, yerli feodallara vә kilsәyә, hәmçinin әrәb işğalçılarına qarşı Şәrqdә әn güclü xalq hәrәkatlarından biri olan pavlikiançılar hәrәkatının vәtәni olmuşdur. Girdiman 7 әsrdә Albaniyanın digәr vil.-lәri ilә yanaşı İran– Bizans müharibәsinin (624–629) döyüş meydanına çevrildi. G.h. 654 ildәn әrәb istilasına mәruz qaldı. 660–664 vә 670–684 illәrdә xәzәrlәr G.h.-na hücum etdi. 705 ildә Albaniya әrәblәrin vassallığına keçdi; onun әrazisi Arran, Muğan vә Şirvan vil.-lәrinә bölündü. G.h.-nın әrazisi Arranın tәrkibinә daxil oldu. Bax hәmçinin Albaniya (Qafqaz) mәqalәsinә.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN