GİRİK Fatma (d.12.12.1943, İstanbul) – türk kinoaktrisası. Cağaloğlu Qız liseyini bitirmişdir. İlk baş rolu 1957 ildә rej. vә ssenarist Seyfi Havaerinin “Lәkә” filmindә olmuşdur. Mәmduh Ünün çәkdiyi filmlәrdәki rollarla tanınmağa başlamışdır. Müxtәlif janrlı “Kәşanlı Əli dastanı” (1965), “Yarpaq tökümü” (1968), “Ezo gәlin” (1969), “Boş beşik” (1970), “Kәdәr” (1971), “Qızğın torpaq” (1974, Daşkәnd Beynәlxalq kinofestivalının mükafatı) filmlәrindә şәhәr vә kәnd qadınlarının obrazlarını mәharәtlә yaratmışdır. Çәkildiyi digәr filmlәr: “Öncә Vәtәn” (1974), “Ağu dağı әfsanәsi” (1975), “Qanlı Nigar” (1981), “Hәcәr Ana” (1987), “Günorta vaxtı qaranlıq” (1990), “Mәnim üçün ağlama” (2000), “Sinema bir möcüzәdir” (2005), “Hәsrәt” (2006), “Qızıl qızlar” (2009), “Atalar vә övladlar” (2012) vә s.