GİRİŞ BƏBƏYİ – diafraqmanın xәyalı; obyektdәn çıxan vә optik sistemdәn keçәn şüa dәstәsini mәhdudlaşdırır. Diafraqmalardan biri dә optik sistemin G.b. ola bilәr. G.b.-ni tapmaq üçün sistemә daxil olan bütün diafraqmaların (sistemdәn bilavasitә obyektә baxmaq üçün istifadә olunduqda hәmçinin göz bәbәyinin) obyekt (cisim) fәzasında xәyallarını qurmaq lazımdır. Obyektin optik ox üzәrindәki nöqtәsindәn baxdıqda әn kiçik bucaq altında görünәn diafraqmanın xәyalı sistemin G.b. olur. Bu, sistemin tәsir göstәrәn vә ya apertur diafraqması adlanır.