GİRİŞ VƏ ÇIXIŞ QURĞULARI, ç ı x ı ş v ә g i r i ş q u r ğ u l a r ı,d a x i l e t m ә - x a r i c e t m ә q u r ğ u l a r ı – proqramı vә verilәnlәri maşına daxil etmәk, hesablama nәticәlәrini xaric etmәk vә informasiyanı bir formadan digәr formaya çevirmәk üçün ixtisaslaşdırılmış qurğular. Giriş qurğuları, çıxış qurğuları vә G.vә ç. q.-na ayrılır. G i r i ş q u r ğ u l a r ı verilәnlәri bilavasitә daxil etmәk üçün müxtәlif tipli klaviaturalar, daşıyıcılardan informasiyanı oxuyan qurğulardan; qrafiklәri, insan nitqi şәklindә verilmiş informasiyanı maşına daxil edәn qurğulardan, coystik, skaner, rәqәmli fotokamera, videokamera, veb-kamera, mikrofon vә s.-dәn ibarәtdir. Maşından alınan nәticәlәri müxtәlif daşıyıcılarda qeyd etmәk, hәrf-rәqәm şәklindә çap etmәk, istәnilәn qrafiklәr şәklindә çәkmәk, ekranda işıqlandırmaq, uzaq mәsafәyә vermәk vә s.-ni tәmin edәn qurğulardan (monitor, qrafik qurucusu, printer, akustik sistem) ç ı x ı ş q u r ğ u l a r ı kimi geniş istifadә olunur. G.vә ç. q.-na interaktiv lövhә, strimer, disk aparıcısı, şәbәkә çap lövhәsi, modem, müxtәlif şәbәkә interfeyslәri, portlar vә s. aiddir.