GİROBUSSÓL (giro...+ bussol) – әrazinin vә ya mәdәn qazmasının azimutunu ölçmәk üçün giroskopik cihaz; qidalanma sistemi quraşdırılmış giroskopik blokdan vә ölçmә blokundan ibarәtdir. Giroskopik blokda girokompas vә üzәrindә çoxüzlü güzgü (qonşu üzlәr arasındakı bucaq 15°) quraşdırılmış rәqqaslı hәssas element (HE) yerlәşir. Ölçmә bloku vizir qurğulu müşahidә borusu vә avtokollimatordan ibarәtdir. Avtokollimator çoxüzlü güzgü ilә birlikdә HE-nin ölçmә blokuna nәzәrәn bucaq vәziyyәtini tәyin etmәyә imkan verir. Markşeyder G.-u partlayışdan mühafizәli cihazdır; yeraltı çәkilişlәrin tәrәflәrinin direksion bucaqlarını (ixtiyari istiqamәti mәlum istiqamәtә, xüsusi halda koordinat oxlarına nәzәrәn tәyin edәn bucaqlar) tәyin edir.