Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GİROKÓMPAS

    GİROKÓMPAS, g i r o s k o p i k   k o m p a s – 1) n a v i q a s i y a G.-ı – coğrafi meridian istiqamәtinin mexaniki göstәricisi; obyektin (tәyyarәnin, gәminin vә s.) coğrafi meridiana nәzәrәn hәrәkәt kursunun vә istiqamәtin azimutunun (pelenqin) tәyini üçündür. G. ideyasını fransız alimi L.Fuko (1819–68) tәklif etmişdir. Müasir G.-ın prototipini Q.Anşyust-Kempfe (1908 ildә patentlәşdirilmişdir), sonrakı illәrdә E.Sperri (1911 ildә patentlәşdirilmişdir) yaratmışdır. G.-ın maqnit kompasına nisbәtәn üstünlüklәri: maqnit meridianın deyil, mәhz coğrafi meridianın istiqamәtini göstәrmәsi; göstәrişlәrinә elektromaqnit sahәsinin vә hәrәkәtdә olan metal kütlәlәrinin (dәmir, polad) tәsirinin azlığı; obyektin titrәmәsi vә manevr şәraitindә dәqiqliyinin nisbәtәn yüksәk olması. G.-ın iş prinsipi giroskopun xüsusiyyәtlәrindәn istifadәyә vә Yerin öz oxu әtrafında fırlanmasının hәrәkәt edәn obyektә tәsirinә әsaslanır. G. boş kürәnin (girosferanın) içәrisindә asılmış giroskopdan ibarәtdir; giroskopun fırlanma oxu üfüqi olduqda onun ağırlıq mәrkәzi kürәnin oxu üzәrindә asqı nöqtәsindәn aşağıda yerlәşir. Müasir G. konstruksiyaları yüksәk dәqiqliyi vә etibarlılığı ilә seçilir, istifadәsi rahatdır. G.-ın normal işlәmәsi üçün әsası yer sәthinә nәzәrәn dayanıqlı vәziyyәtdә olmalı, ölçmәnin aparıldığı coğ- rafi enlikdә cihazın yerdәyişmә sürәti Yerin sutkalıq fırlanma sürәti ilә müqayisәdә çox az olmalıdır. Bu şәrtlәr tәyyarәlәrdә ödәnmir. Odur ki, G.-dan yalnız gәmilәrin әl vә ya avtomatik idarәli sükan sistemlәrindә (radiolokasiya sistemi indikatorunun ekranındakı tәsvirin sәmtlәşdirilmәsindә, radiopelenqlәmәdә, Qlobal pozisiyalaşdırma sistemindә, geodeziyada, hәrbi gәmi silahlarının hәdәfә istiqamәtlәndirilmәsi vә tuşlanmasında vә s. mәsәlәlәrin hәllindә) dayaq naviqasiya qurğusu kimi geniş istifadә edilir. 2) M a r k ş e y d e r G.-ı – yeraltı markşeyder şәbәkәsinin  qurulmasında vә yer sәthindә markşeyder geofiziki işlәrinin çәkilişindә istifadә edilәn giroskopik cihaz.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN