GİROMAQNİT TEZLİK – H intensivlikli bircins sabit maqnit sahәsindә sәrbәst yüklü zәrrәciyin ωc fırlanma tezliyi. Zәrrәcik υıı = (υH) /H uzununa sürәtlә silindrik vint xәtti üzrә maqnit sahәsi boyunca bәrabәrsürәtlә irәlilәyәrәk vә υ⊥= |[ υH ]| /H eninә sürәtlә maqnit sahәsinә perpendikulyar müstәvidә r = υ⊥cm /qH (q vә m – zәrrәciyin yükü vә kütlәsi, c – işığın sürәtidir) radiuslu çevrә üzrә fırlanaraq hәrәkәt edir. Zәrrәciyin fırlanması Lorents qüvvәsinin tәsiri altında baş verir vә tezliyi ωc = qH/mc-dir. Relyativist zәrrәciklәrin fırlanma tezliyi kiçikdir
ωc rel ωc(1- v2⊥/c2 ) . .
G.t. maqnit sahәsindә zәrrәciyin enerji sәviyyәlәri arasındakı ΔE enerjilәri fәrqini tәyin edir: ΔE= ħωc (ħ – Plank sabitidir). G.t. elektromaqnit dalğalarının plazmada yayılması vә generasiyası zamanı böyük rol oynayır. Maqnit sahәsinin böyüklüyündәn asılı olaraq, mәs., elektronların G.t.-i ulduzlararası mühitdә bir neçә Hs-dәn Günәş lәkәsi sahәsindә 104 MHs-ә qәdәr dәyişir. Yer ionosferindә elektronların G.t.-i 1,4 MHs tәrtibindәdir.