Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GİROSKOPİK İNTEQRÁTOR

    GİROSKOPİK İNTEQRÁTOR – hәrәkәt edәn obyektin dönmә bucağını vә ya ağırlıq mәrkәzinin xәtti sürәtini tәyin etmәk üçün giroskopik cihaz; tәrkibindә giroskopa tәsir edәn kәmiyyәti inteqrallayan qurğu olur. Bucaq sürәti vә xәtti tәcil G.i.-ları var. B u c a q   s ü r ә t i G.i.-u obyektin dönmә bucağını ölçür. Ən tәkmil növü üzgәcli G.i.-dur. Gövdәdaxili bütün boşluq sıxlığı çox olan maye ilә doldurulur. Mayenin qaldırıcı qüvvәsi giroqovşağın çәkisinә bәrabәr olmalıdır. Bu halda rotor oxunun yataqları praktiki olaraq yüklәnmir. Üzgәc vә cihaz gövdәsinin silindrik sәthlәri arasındakı maye dempfer rolunu oynayır (momenti üzgәcin fırlanma bucaq sürәti ilә mütәnasibdir). Üzgәcli G.i.-un dәqiqliyi yüksәkdir. Vibrasiya, zәrbә vә s. tәsirlәrә az mәruz qalır. Müxtәlif uçuş aparatlarının vә gәmilәrin istiqamәt giroskopunda, giroşaqulunda, giroyarımkompaslarında, giroskopik stabillәşdirici sistemlәrindә tәtbiq edilir. X ә t t i  t ә c i l G.i.-undan obyektin ağırlıq mәrkәzinin xәtti sürәtinin verilmiş istiqamәt üzrә tәyini üçün istifadә olunur. Bu növ G.i. üç sәrbәstlik dәrәcәsi olan vә ağırlıq mәrkәzi asqı nöqtәsinә nәzәrәn sürüşdürülәn giroskopdur. Obyekt tәcil aldıqda yaranan әtalәt qüvvәsi momentinin tәsirilә giroskop presessiya edir. Bu hәrәkәtin bucaq sürәti hәmin tәcillә mütәnasibdir. Mütәnasiblik inteqrallandıqdan sonra isә axtarılan sürәt tapılır. G.i. ağırlıq qüvvәsinin tәcilinә dә mәruz qaldığından onun göstәrişi zahiri tәcilinin inteqralı ilә mütәnasib olacaqdır. Xәtti tәcil G.i.-u, әsasәn, raket texnikasında işlәdilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN