GİROŞAQUL – yerli şaqula nәzәrәn tanqaj vә meyil bucağını tәyin edәn giroskopik cihaz. G. UA-larda, süni peyklәrin orbital yönlәndirmә (sәmtlәşdirmә) sistemlәrindә, gәmilәrin bort vә kil yırğalanmaların bucaqlarının ölçülmәsindә tәtbiq edilir. G.-un iş prinsipi yerli şaqul istiqamәtindә quraşdırılmış üç sәrbәstlik dәrәcәsi olan astatik giroskopdan istifadәyә әsaslanır. Tanqaj vә meyil bucağının ölçülmә xәtalarını azaltmaq üçün giroskop oxunun vәziyyәti hәssas elementdәn (rәqqas tipli) gәlәn siqnallara görә korreksiya edilir. G.-un xәtaları korreksiya sürәtindәn vә giroskopun kardan asqısının dayaqlarındakı hәyәcanlandırıcı momentlәrin sәviyyәsindәn asılıdır. Tanqaj vә meyil bucaqlarının qәrarlaşmış qiymәtlәri UA-ların sürәtinin artması zamanı G.-un yaranan xәtalarını tәyin edir; xәtaların azaldılması üçün xüsusi korreksiya qurğuları vә virajlar zamanı korreksiyanın söndürülmәsi qurğusu tәtbiq edilir. Süni peyklәrdә üç sәrbәstlik dәrәcәsi olan giroskop әvәzinә daha mürәkkәb qurğular, mәs., giroskopik stabillәşdirilmiş platformalardan ibarәt G.-lar olur. Kosmik G.-un әsas xüsusiyyәti onun tәrkibindә süni peyklәrin gövdәsindә quraşdırılan radiolokasiya, infraqırmızı vә s. şaqul qurucularından istifadә edilmәsidir. Buna görә dә o, gәmi vә UA-larında tәtbiq edilәn G.-lardan daha mürәkkәbdir.