GİROTRÓN – elektrovakuum cihazı; ifrat yüksәk tezlikli diapazonda rәqslәrin elektromaqnit generatoru. İşi bircinsli sabit maqnit sahәsindә fırlanan elektronların mәcburi şüalandırılmasına әsaslanır. Dal- ğanın faza sürәti işığın vakuumdakı sürәtindәn böyük olduğu şәraitdә elektronların rezonatorun elektromaqnit dalğası ilә qarşılıqlı tәsirinin yarandığı tsiklotron rezonanslı mazerin bir növüdür.