GİROTROP MÜHİT – xassәlәri dielektrik nüfuzluğunun vә ya maqnit nüfuzluğunun qeyri-simmetrik tenzoru ilә ifadә olunan mühit. G.m.-dә dönmә prinsipi ödәnmir vә onun xassәlәri güzgü simmetriyasına malik deyil. Mühitin girotropiyası onun quruluşu ilә (bax Optik aktivlik) bağlı ola bilәr vә ya süni surәtdә, mәs., maqnit sahәsinin tәsiri ilә yaradıla bilәr. G.m.-in tipik nümunәlәri kimi maqnit sahәsindә yerlәşdirilmiş plazma vә ferritlәri göstәrmәk olar.