Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GİROV SAXLANAN ADAMLAR

    GİROV SAXLANAN ADAMLAR, i n s a n  g i r o v u – hәr hansı siyasi, hәrbi mәqsәdlәrә çatmaq, maddi qazanc әldә etmәk üçün hüquqazidd olaraq tutulan şәxslәr. G.s.a.-la bağlı zorakı aksiyalar hәlә qәdim dövrdәn mәlumdur. Mәs., Demosfen qeyd edirdi ki, e.ә. 4 әsrdә Afinada fәaliyyәt göstәrәn qanuna görә, qonşu şәhәrdövlәtin (polisin) vәtәndaşı tәrәfindәn Afina vәtәndaşı qәtlә yetirildikdә vә qatil cinayәtdәn sonra vәtәninә qayıtmağa müvәffәq olduqda, qәtlә yetirilәnin qohumlarına vә yaxınlarına “qatil öz polisindә edam edilәnә, yaxud qurbanın qohumlarına divan tutmaq üçün verilәnә qәdәr onun üç nәfәr hәmvәtәnini girov kimi zorakılıqla tutub saxlamağa icazә verilirdi”. Qeyri-sabit sülhün möhkәmlәndirilmәsi üçün qonşu dövlәt monarxlarının ailә üzvlәrinin mübadilәsi halları da mәlumdur ki, bu zaman monarx ailәsinin üzvlәri öz hәyatları ilә sülhün qorunub saxlanmasına zәmanәt verәn G.s.a. kimi çıxış edirdilәr.

    Müasir dövrdә әksәr ölkәlәrin qanunvericiliyi insan girovunu ağır cinayәt kimi tәsnif edir. Dünya birliyi hansı formada vә mәqsәdlәrlә hәyata keçirilmәsindәn asılı olmayaraq, insanların girov götürülmәsini әn yüksәk dәrәcәdә ictimai tәhlükәli hadisә kimi pislәmişdir. İlk olaraq әn ciddi qadağa hәrbi insan girovuna qoyulmuşdur. Cenevrә konvensiyalarında (1949 il) iştirakçıdövlәtlәr hәrbi әmәliyyatlar zamanı “hәmişә vә hәr yerdә” insan girovunun qadağan edilmәsi haqqında öz üzәrlәrinә öhdәlik götürmüşlәr. Sonralar insan girovunun götürülmәsi ilә mübarizәyә yönәlmiş bir sıra konvensiyalar qәbul edildi: Hava gәmilәrinin qeyri-qanuni girov götürülmәsi ilә mübarizә haqqında Konvensiya (1970), Mülki aviasiyanın tәhlükәsizliyinә qarşı yönәlmiş qeyri-qanuni aktlarla mübarizә haqqında Konvensiya (1971) vә ona әlavә edilmiş Protokol (1988), Beynәlxalq müdafiәdәn istifadә edәnlәrә, hәmçinin diplomatik agentlәrә qarşı yönәlmiş cinayәtlәrin qarşısının alınması vә cәzalandırılması haqqında Konvensiya (1973) vә s. Ayrıca olaraq bu cinayәtin milli vә beynәlxalq sәviyyәlәrdә bütün formaları vә növlәri ilә mübarizә üçün hüquqi әsas rolunu oynayan İnsan girovu ilә mübarizә haqqında beynәlxalq Konvensiya (1979) qәbul edildi. “Girovgötürmә” anlayışının mәzmunu Konvensiyanın 1-ci maddәsindә verilmiş, burada hәmçinin saxlanılanları vә dövlәtin vәzifәli şәxslәrini, o cümlәdәn hüquq mühafizә orqanları әmәkdaşlarını qorxutmaq mәqsәdilә cinayәtkarların hәyata keçirdiklәri digәr hüquqazidd hәrәkәtlәr dә qeyd olunmuşdur. Fiziki şәxsin hәyatı qarşılığında tәlәb irәli sürmәk mәqsәdilә girovgötürmәdә onun qohumları vә yaxınları da tәzyiqә mәruz qalır. Konvensiyaya görә, üçüncü şәxsi – dövlәti, fiziki, yaxud hüquqi şәxsi vә ya bir qrup şәxsi G.s.a.-ın azad edilmәsi üçün birbaşa, yaxud dolayısı ilә şәrt kimi qoyulmuş hәr hansı hәrәkәti etmәyә vә ya hәr hansı hәrәkәtdәn çәkinmәyә vadar etmәk mәqsәdilә hәr hansı şәxsi girov götürәn, yaxud saxlayan vә onu öldürmәklә, xәsarәt yetirmәklә vә ya saxlamağa davam etmәklә hәdәlәyәn istәnilәn şәxs cinayәtkar sayılır. Konvensiya hәmçinin insanı girovgötürmә cәhdini, bu әmәli hәyata keçirmә, yaxud ona cәhd zamanı cinayәtkarın yoldaşı qismindә iştirakı da cinayәt kimi tanıyır.

    Bu müddәalara әsasәn әksәr ölkәlәrin (o cümlәdәn Azәrb. Resp.-nın CM, maddә 215) milli qanunvericiliyindә insanı girovgötürmә üçün mәsuliyyәt nәzәrdә tutulmuşdur vә bu mәsuliyyәt hәm beynәlxalq cinayәtlәrә, hәm dә öz hәmvәtәnlәrinә qarşı törәdilmiş cinayәtlәrә aiddir. Ermәnistan–Azәrbaycan, Dağlıq Qarabağ münaqişәsi gedişindә ermәni hәrbi birlәşmәlәri işğal etdiklәri әrazilәrdә Azәrb. Resp.-nın minlәrlә vәtәndaşını girov vә әsir götürmüşlәr; onların әksәriyyәti qәtlә yetirilmiş, bir qismi isә hәlә dә әsirlikdәdir (bax Ermәni terrorizmi).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN