GİSULAR (b a g i s u l a r), q i ş u l a r (b a q i ş u l a r), özlәrini b a m a s a b a l a r (Elqon dağının Masaba adından götürülmüşdür) adlandırırlar – Uqandanın ş.-indә (Elqon dağının q. yamaclarında) bantular qrupundan xalq. Sayları 1,25 mln. nәfәrdir (2006). 40 min nәfәr Keniyada yaşayır. Bantu dillәrinin J30 qrupunun masababukusu dilinin masaba (lumasaba, lugisu) lәhcәsindә danışırlar; yazıları latın qrafikası әsasındadır. G. әsasәn xristianlardır, әnәnәvi etiqadlarını qoruyub saxlayanlar (10%) vә müsәlmanlar da var.
G. 14 әsrdә müasir Uqandanın әn şm. rayonlarından Elqon d.-nın yamaclarına maldar Nilboyu xalqlar (masailәr vә nandilәr) tәrәfindәn sıxışdırılmış bantudilli әkinçilәrin nәsillәridir. Ənәnәvi mәdәniyyәtlәri Şәrqi Afrika xalqlarına xasdır. Əsas mәşğuliyyәtlәri olduqca mәhsuldar vulkanik torpaqlarda dincә qoyulmuş sahәlәrdә toxa әkinçiliyidir. 20 әsrdәn satış üşün qәhvә (yüksәk keyfiyyәtli Arabika sortu), pamqıq әkib becәrirlәr. Uqanda xalqları arasında әn böyük әhali sıxlığına malikdilәr. Sәnәtkarlıq sahәlәrinә dulusçuluq, dәmirçilik (silah, bәzәklәr; dәmir silahlar 19 әsrdә geniş yayılmışdı), ağac üzәrindә oyma, hörmә (bәzәklәr, ayini әşyalar) aiddir. Pәrakәndә mәskәn forması üstünlük tәşkil edir, bәzәn çәpәrlәnmiş sıx mәskәnlәrә dә rast gәlinir; evlәr dairәvidir. Şәhәr әhalisi cüzidir. Geyimlәri dәri vә bitki liflәrindәn hazırlanmış çiyinlik vә döşlükdür. Qohumluğu ata xәtti üzrә hesablanan әnәnәvi qәbilә tәşkilatlanması әsasәn 19 әsrdә dağıldı; çoxailәli icmaların qalıqları saxlanılmışdır. Ənәnәvi inancları tәbiәt qüvvәlәri vә әcdadların kultu, yaradıcı Veri Kubumbaya sitayiş, magiya, cadugәrlik, türkәçarәlikdir. Folklorlarına etnogenetik rәvayәtlәr, heyvanlar haqqında nağıllar aiddir.