GİTARA (isp.guitarra, qәdim yun. kithara) – simli, barmaqla çalınan lütnya tipli uzunqollu musiqi alәti. 8-ә bәnzәr gövdәdәn, yastı dekalardan, yuxarı dekanın mәrkәzindә girdә rezonator dәliyindәn, metal pәrdәlәri olan qoldan, üzәrindә aşıqlar yerlәşәn kәllә hissәdәn vә 6 simdәn ibarәtdir. 15 әsrdә Avropada meydana gәlmişdir, әsas sәlәfi viuela alәtidir. 16 әsrdә ikiqat dördsimli G. növü populyar olmuşdur. Renessans dövrü G.-larının repertuarı rәqs mövzuları üzrә improvizәdәn, mahnıları müşayiәtdәn, polifonik üslubda yazılmış viuela üçün solo fantaziyalardan ibarәt idi. İspaniyalı A.Mudarra, italyan, fransız, ingilis bәstәklarları G. üçün әsәrlәr bәstәlәyirdilәr. G. üçün ilk musiqi pyeslәri mәcmuәsi 16 әsrin ortalarında nәşr edilmişdir. 16 әsrin sonundan G.-nın beşsәsli növü ortaya çıxmışdır. G. musiqisini yazdırmaq üçün alfavit (ital.alfabeto) adlandırılan hәrf sistemi yaradılmışdır. Barokko üslublu G.-da solo pyeslәr, mahnı vә ariyalar ifa edilirdi, basso-kontinuo partiyalarında da ondan geniş istifadә olunurdu. A.Stradivari, İ.Tilke, M.Sellas, R.Voboam G. ustaları idi. Gitaraçı vә bәstәkarlar: italiyalı C.Foskarini, A.Bartolotti, fransızlar A.Karre, R.de Vize, ispan Q.Sans (“İspan gitarasında çalmaq üçün dәrslik” kitabının müәllifi, 1674), F. Querau, S.de Mursiya. Beşsәsli G. 18 әsrin sonuna qәdәr aparıcı mövqeyini saxlamışdı. 1780-ci illәrdәn başlayaraq 6 adi tәksimli vә müәyyәn edilmiє quruluєa malik müasir tipli G. bütün Avropada yayılmağa başladı. 19 әsrin ortalarına yaxın müasir tipli G. (usta A.de Torres Xurado) meydana gәlmişdir. Virtuoz konsert alәti kimi (repertuara konsertlәr, pyeslәr, variasiyalar, etüdlәr, fantaziyalar; kamera ansambllarına daxil edilir) G. daha çox İspaniya vә İtaliyada istifadә olunurdu. D.Aquado (“Gitarada ifa mәktәbi”nin müәllifi, 1825), F.Sor (“Gitara üçün mәktәb”in müәllifi, 1830), M.Culiani 19 әsrin 1-ci yarısının әn mәşhur gitaraçıları idi. 1870-ci illәrdә İspaniyada milli mәdәniyyәtin canlanması uğrunda gedәn hәrәkat gitara sәnәtinin inkişafına sәbәb oldu; buna xalq musiqi әnәnәlәrinin dә güclü tәsiri vardı (kante xondo, kante flamenko). İspaniyalı F.Tarreqa, M.Lyobet, E.Puxol Villarubi, R. Sans de la Masa, A. Seqoviya, argentinalı M.L.Anido 19 әsrin sonu – 20 әsrin әvvәllәrinin böyük klassik gitaraçıları idi. E.Vila-Lobos, M.Kastelnuovo-Tedesko, İ.Albenis, E.Granados, M. de Falya, F.Moreno-Torroba, X.Turina, M.Ponse, X.Rodriqo G. üçün әsәrlәr bәstәlәmişlәr.
20 әsrdәn başlayaraq G.estrada vә mәişәtdә ifa alәti kimi dünyanın bir çox ölkәsindә geniş yayılmışdır. G.-nın әsasında müxtәlif növlü yerli alәtlәr yaranmışdır: kuatro, gittaron, çaranqo (hamısı Latın Amerikasında), Filippin G.-sı, Vyetnam G.-sı, ukulele (Havay), moxan-vina (Hindistan) vә s. Caz vә rok musiqisinin bәzi stillәrindә vestern G. adlanan alәtdәn istifadә olunur. 20 әsrin 2-ci yarısından elektrogitaranın müxtәlif növlәri meydana gәlmişdir. Azәrb.-da gitara 20-ci әsrin әvvәllәrindәn yayılmağa başlamışdır, Azәrb. Resp. xalq artisti R.Hüseynov (Rәmiş) tanınmış solo gitara ifaçısıdır.
Əd: В о л ь м а н Б.Л. Гитара и гитаристы. L., 1968.