CƏNUBİ MUĞAN KOLLEKTORU – Azәrb. Resp.-nda drenaj kanalı. Muğan düzündәdir. Uz. 80 km. Cәnubi Muğan kanalının sol sahilindәki torpaqların meliorasiya vәziyyәtini yaxşılaşdırmaq mәqsәdilә tikilmişdir. Muğan düzünün q.-indәn (İmişli r-nu әrazisindәn) başlanır; Bilәsuvar vә qismәn Salyan r-nları әrazilәrindәn keçәrәk, Cәlilabad r-nunda Mahmudçala gölünә tökülür.