CƏRULLAZADƏ Çingiz Cәrulla oğlu (d. 3.6.1944, Ağdaş ş.) – Azәrb. oftalmoloqu. Tibb e.d. (1990), prof. (2007). Azәrb. Dövlәt Tibb İn-tunu bitirmişdir (1971). 1971–73 illәrdә hәrbi hәkim, 1974–92 illәrdә Azәrb. ET Oftalmologiya İn-tunda, 1992–2000 illәrdә Ə.Əliyev ad. Azәrb. Dövlәt Hәkimlәri Tәkmillәşdirmә İn-tunda (1996–2000 illәrdә oftalmologiya kafedrasının müdiri), 2000–10 illәrdә Birlәşmiş Nefçilәr xәstәxanasında göz mәrkәzinin müdiri işlәmiş, 2010 ildәn “AZOFCO” oftalmoloji klinikasının rәhbәri vә eyni zamanda 2016 ildәn “Avrasiya” özәl klinikasında aparıcı cәrrah-oftalmoloqdur. Tәdqiqatları, әsasәn, gözdә mikrocәrrahiyyә әmәliyyatları aparılan zaman istifadә olunan metodikaların müxtәlif sintetik materiallar tәtbiq etmәklә tәkmillәşdirilmәsinә hәsr olunmuşdur. Azәrb.-da ilk dәfә olaraq insan gözünün yararsız hala düşmüş büllurunu suni büllurla әvәz etmә әmәliyyatını aparmış, resp.-da gözün mikrocәrrahiyәsi mәktәbini yaratmışdır. 83 elmi әsәrin vә 23 sәmәrәlәşdirici tәklif vә ixtiranın müәllifidir.