EFEDRİN – dәrman preparatı; acılıq bitkisindәn әldә edilәn alkaloiddir – C6H5CH(OH) CH(NHCH3) CH3. İlk dәfә 1887 ildә alınmışdır. Mәrkәzi sinir sistemini oyadır, qan damarlarını daraldır, bronxları vә göz bәbәyini genәldir. Toz, hәb, mәhlul (dәrialtına, venaya vurmaq vә göz bәbәyini genәltmәk üçün) halında hazırlanır. E. hidroxlorid bronxial astmanın, hipertoniyanın, allergik xәstәliklәrin müalicәsindә, hәmçinin qanaxma, narkotiklәrlә vә yuxugәtirici dәrmanlarla zәhәrlәnmә hallarında istifadә olunur.