GİYAN (Tәpә Giyan) – Nәhavәnd ş.-ndәn (Qәrbi İran) 10 km c.-q.-dә e.ә. 5–2-ci minilliklәrә aid mәskәn-tәll. Eneolitdәn Erkәn Dәmir dövrünәdәk region mәdәniyyәtlәrinin öyrәnilmәsi üçün etalon (nümunәvi) abidәdir. 1928 ildә E.Hersfeld tәrәfindәn kәşf edilmişdir. 1931–32 illәrdә Q.Konteno vә R.Girşmanın rәhbәrliyi ilә fransız ekspedisiyası burada qazıntılar aparmışdır. Sah. tәqr. 4 ha, mәdәni tәbәqәlәrin qalınlığı 19,5 m-dir (7,5 m-i indiki sәthindәn aşağı- dadır). 5 әsas mәrhәlә müәyyәnlәşdirilmişdir. Mәskәnin әrazisindә daş bünövrә üzәrindә çiy kәrpicdәn tikililәr, birnәfәrlik (böyrü üstә bükülmüş vәziyyәtdә) qәbirlәr sәciyyәvidir. G.-ın VA–VB mәrhәlәlәri (e.ә. 4700– 4000) Erkәn Eneolitә aiddir, Sialk I vә Sialk II komplekslәri ilә sinxrondur: әhәng- daşıdan, obsidiandan (dәvәgözü), sümükdәn әmәk alәtlәri, mis sancaqlar, açıq rәnglә anqoblaşdırılmış vә Malta xaçı şәk- lindә torlu, naxışlı keramika sәciyyәvidir. Son Neolitә (e.ә. 4-cü minillik) aid edilәn G.-ın VC–VD mәrhәlәlәri ümumilikdә Sialk III ilә sinxrondur: üzәrindә keçi vә bәbir tәsvirlәri olan naxışlı qablar, iri mis kәrkilәr, daş vә gildәn kiçik dairәvi möhürlәr. Uşaqların dәfn edildiyi naxışlı qablar aşkar edilmişdir. Sonra mәskәndә yaşayış kәsilmişdir. G. IV vә III (e.ә. 3-cü minilliyin ikinci yarısı – 2-ci minilliyin әvvәllәri), әsasәn, dәfn avadanlığı ilә tәmsil olunur. G. IV üçün stilizә olunmuş quş vә ilan tәsvirli naxışlı qablar sәciyyәvidir, qırmızı anqoblu vә boz rәngdә cilalanmış qablar, tunc bәzәklәr, silindrvarı qablar, yarımkürә şәkilli kiçik kasa, nizә ucluğu, sap yeri olan balta, xәncәrlәr, daşdan gürz başlıqları vә 2 Elam silindrik möhürü dә vardır. G. IVC mәrhәlәsinin sonlarına aid materiallar Hәsәnli VIII kompleksi ilә sinxrondur. G. III (e.ә. 1800–1700) üçün üçayaqlı saxsı qablar (tripodlar), tiyәsi tinli tunc xәncәrlәr, başlıqları ilә seçilәn sancaqlar vә mürәkkәb formalı qablar sәciyyәvidir. G. II (e.ә. 2-ci minilliyin ortaları) mәrhәlәsindә düzbucaq planlı iri binanın qalıqları aşkar edilmişdir. Qәbirlәr üçün üzәrindә quşların vә Günәşin stilizә olunmuş tәsvirlәri olan, yaxud üfuqi xәtlәrlә (“Mikena tipli” naxış) bәzәdilmiş naxışlı qablar xasdır, tunc xәncәrlәr, sapı üçün dәliyi olan balta, qılınc, daşdan düzәldilmiş armudvarı gürz başlığı tapılmışdır. G.I. (e.ә. tәqr. 1200) mәrhәlәsinin son tәbәqәlәri Erkәn Dәmir dövrünә aiddir: naxışlı, hәmçinin qara vә qırmızı cilalı qablar, tunc qablar, bәzәk әşyaları, silahlar, dәmir xәncәrlәr aşkar edilmişdir. G. IV üçün stilizә olunmuş quş vә ilan tәsvirli naxışlı qablar sәciyyәvidir, qırmızı anqoblu vә boz rәngdә cilalanmış qablar, tunc (?) bәzәklәr, silindrvarı qablar, yarımkürә şәkilli kiçik kasa, nizә ucluğu, sap yeri olan balta, xәncәrlәr, daşdan gürz başlıqları vә 2 Elam silindrik möhürü dә vardır. G. IVC mәrhәlәsinin sonlarına aid materiallar Hәsәnli VIII kompleksi ilә sinxrondur. G. III (e.ә. 1800–1700) üçün üçayaqlı saxsı qablar (tripodlar), tiyәsi tinli tunc xәncәrlәr, başlıqları ilә seçilәn sancaqlar vә mürәkkәb formalı qablar sәciyyәvidir. G. II (e.ә. 2-ci minilliyin ortaları) mәrhәlәsindә düzbucaq planlı iri binanın qalıqları aşkar edilmişdir. Qәbirlәr üçün üzәrindә quşların vә Günәşin stilizә olunmuş tәsvirlәri olan, yaxud üfuqi xәtlәrlә (“Mikena tipli” naxış) bәzәdilmiş naxışlı qablar xasdır, tunc xәncәrlәr, sapı üçün dәliyi olan balta, qılınc, daşdan düzәldilmiş armudvarı gürz başlığı tapılmışdır. G. I (e.ә. tәqr. 1200) mәrhәlәsinin son tәbәqәlәri Erkәn Dәmir dövrünә aiddir: naxışlı, hәmçinin qara vә qırmızı cilalı qablar, tunc qablar, bәzәk әşyaları, silahlar, dәmir xәncәrlәr aşkar edilmişdir.

Britaniya muzeyi.

Nelson-Atkins İncәsәnәt Muzeyi. Kanzas ş.
(ABŞ, Missuri ştatı)










