Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    GİZLƏR
    GİZLƏR (Guise) – Fransada zadәgan nәsli. Lotaringiya hersoqları sülalәsinin yan qolu. Giz malikanәsinin adındandır. Sülalәnin banisi L o t a r i n g i y a l ı K l o d (1496–1550) Fransa kralı I Fransiskin apardığı müharibәlәrdә fәrqlәnәrәk 1528 ildә G.-in mülklәrinә hersoqluq statusunu qazandırmışdır. Klodun qardaşı Lotaringiyalı Jan (1498–1550) kardinal olmuş (1518 ildәn), I Fransiskin vә II Henrixin sarayında böyük nüfuza malik idi. Klodun oğlu Fransua (1519–63) Bulonun mühasirәsi (1545), Mets qalasının müdafiәsi (1552) vә Kalenin tutulması (1558) zamanı şöhrәt qazanmışdı. Lotaringiya kardinalı olan qardaşı Şarl ilә (1524/25–1574) birlikdә II Fransiskin hakimiyyәti illәrindә faktiki Fransanı idarә edirdi. İfrat katoliklәr vә fransız protestantların barışmaz rәqiblәri kimi G.-in nüfuzu daha çox dini siyasәt sahәsindә özünü göstәrmişdir. Vassidә hugenotların kütlәvi qırğınının (1562) tәşkilatçısı olan Fransua protestant tәrәfindәn öldürül müşdür. Fransuanın oğlu Henrix (1550–88) Varfolomey gecәsinin (1572) tәşkilatçılarından biri, Katolik liqasının tәsisçisi vә başçısı (1576) olmuşdur. Kral taxtına iddia etdiyinә görә III Henrixin әmri ilә öldürülmüşdür. Dini müharibәlәrin sona çatması ilә G.-in qüdrәti zәiflәmişdi. Mayen hersoqu Ş a r l (1554–1611) krallığın baş canişini titulunu daşıyırdı; 1595 ildә kral IV Henrixә itaәti qәbul etmiş vә onun sәda qәtli müşaviri olmuşdur. Reyms arxiyepiskopu Henrix (1614–64) dini rütbәsindәn imtina etmiş, yenicә elan olunmuş vә İspaniya ağalığına qarşı üsyan qaldırmış Neapol respublikasının 1647–48 illәrdә doju idi; iki dәfә Neapolu tutmağa cәhd göstәrmiş, lakin ispanlar tәrәfindәn әsir alınmışdır. G.-in hersoq qolu 1675 ildә kәsilmiş, onların mülklәri Konde nәslinә keçmişdir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU