GİZLİ MÜŞAVİR – çar Rusiyasında 3-cü dәrәcәli mülki rütbә. G.m. rütbәsi orduda gen.-l., hәrbi donanmada isә vitse-admiral rütbәlәrinә müvafiq idi. G.m. rütbәsini daşıyan şәxs “zati-alilәri” çağırılırdı. Hәqiqi G.m. 2-ci dәrәcәli mülki rütbә idi; o, “cәnab alilәri” çağırılırdı. 1-ci dәrәcәli hәqiqi G.m. rütbәsi çox mәhdud sayda mülki mәmurlara verilirdi (200 il әrzindә bu rütbәyә cә mi 9 nәfәr layiq görülmüşdü). İmperatorun mülahizәsinә әsasәn 1–3-cü dәrәcәli rütbәlәr müvafiq vәzifә (nazir, başlıca olaraq nazirin yoldaşı, gen.-qubernator) tutanlara, senatorlara vә Dövlәt şurası üzvlәrinә verilirdi. 1917 ildә lәğv edilmişdir.










