Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İCARƏDAR)
    HİNDİSTANDA XALQ ÜSYANI
    XALQ ÜSYANI (1857–59), s i p a h i l ә r ü s y a n ı – Şimali Hindistanda Britaniyanın müstәmlәkә ağalığına qarşı sipahilәrin mühüm rol oynadığı kütlәvi xalq üsyanı. Britaniya Hindistanı әhalisinin geniş tәbәqәsinin vәziyyәtinin pislәşmәsi nәticәsindә baş vermişdi. Müstәmlәkә hökumәti tәrәfindәn icma kәndlilәrindәn toplanan vergilәrin artırılması, brahmanların vergi imtiyazının lәğvi, bir sıra yerli әyanların zorla, yaxud qanuniyolla vәrәsәsiz torpaqlarının müsadirәsi, B.Britaniyadan fabrik mәhsullarının idxalının artırılması nәticәsindә hind sәnәtkarlarının kütlәvi şәkildә müflislәşmәsi, sipahilәrin maaşlarının azaldılması vә s. hindkәndlәrinin yuxarı tәbәqәsinin – Benqal ingilis-hind ordusu әsgәrlәrinin әsasını tәşkil edәn racputların vә brahmanların, şәhәr әhalisinin vә iri torpaq sahiblәrinin, hәmçinin racәlәrin çoxunun kәskin narazılığına gәtirib çıxardı. Orduya yeni daxil edilmiş tüfәnglәrin (Enfild tüfәngi) güllәlәrinin donuz vә inәk piyi ilә yağlanması haqqında orduda şayiәlәrin yayılması üsyanın başlaması üçün bәhanә oldu. Hәm müsәlman, hәmdә hinduist sipahilәr bunu dinlәrinin tәhqiri kimi qәbul etdilәr. 1857 il mayın 10-da Mirut ş.-ndә 3 sipahi alayı üsyan qaldırdı. Sipahilәr ingilis zabitlәrinin bir çoxunu mәhv edib Dehliyә doğru hәrәkәtә keçdilәr, orada yerli sipahilәr vә şәhәrlilәr tәrәfindәn dәstәklәndilәr. Hakimiyyәtdәn mәhrum edilmiş vә İngiltәrә Ost-Hind şirkәtindәn pensiya alan Böyük Moğollar sülalәsinin nümayәndәsi II Bahadır şah üsyana rәhbәrlik etmәyә razılaşdı vә Moğol imperiyasının bәrpasını elan edәrәk әhalini Hindistanın azadlığı uğrunda mübarizәyә sәslәdi. Bunun ardınca ingilislәr tәrәfindәn müsadirә olunmuş torpaqları geri qaytarmağa çalışan әhalinin bir hissәsi tәrәfindәn dәstәklәnәn Pәncabdan Biharadәk olan sipahi qarnizonları üsyan qaldırdı. Üsyanın әsas mәrkәzlәri Dehli ilә yanaşı Kanpur vә Aud oldu. Kanpurda sipahi alaylarının başında sonuncu peşvanın (Marat hakonfederasiyasının baş naziri) oğulluğu Nana Sahib dayanırdı. O, özünü yeni peşva elan edәrәk Moğol imperatorunun ali hakimiyyәtini qәbul etdi. Kanpurda Britaniya qarnizonu tәslim oldu, onun әsgәrlәri üsyançılar tәrәfindәn qırıldı, Audda isә üsyançılar ingilislәri Lakhnau ş.-ndә mühasirәyә aldılar. Ümumi rәhbәrliyin vә üsyançılar arasında vahid fәaliyyәt planının olmaması onların mәğlubiyyәtini müәyyәnlәşdirdi. Britaniya hissәlәri vә ingilislәrә sadiq qalan әsasәn, siqhlәrdәn vә qurkhalardan olan sipahilәr Pәncabdan Dehliyә, Kәlkәtәdәn isә Allahabad vә Kanpura doğru irәlilәdilәr. Hindistana bundan öncә Çinә göndәrilmiş qoşunlar qaytarıldı, şimala Cәnubi Hindistandan bölmәlәr göndәrildi, metropoliyadan yeni Britaniya hissәlәri gәtirildi. 1857 iliyunun 8-dә Dehli mühasirәyә alındı vә sentyabrın 19-da ingilislәrin hәmlәsi nәticәsindә tutuldu. 1857 il iyulun 17-dә Nana Sahib vә onun tәrәfdarları Kanpurdan şimala sıxışdırıldılar, hәmin ilin noyabrında Lakhnaudakı Britaniya qarnizonunın mühasirәsi yarıldı,1858 ilin martında Audda üsyan qәti olaraq yatırıldı. Mәrkәzi Hindistanda Tantia Topi vә Chansi hakimi Lakşmi Bayin başçılığı ilә partizan müharibәsi 1859 ilin aprelinәdәk davam etdi. H.x.ü.-nın rәhbәrlәri döyüşlәrdә hәlak oldular, yaxud üsyanın yatırılmasından sonra edam edildilәr. Müasir hind tarixşünaslığında H.x.ü. Birinci azadlıq müharibәsi kimi dәyәrlәndirilir. H.x.ü. Britaniya hökumәtini Hindistan siyasәtindә әhәmiyyәtli dәyişikliklәr etmәyә vadar etdi. Moğol imperiyası, elәcә dә İngiltәrә Ost-Hind şirkәti rәsmәn lәğv olundu, Britaniya taxtının hakimiyyәti altın da Hindistan imperiyası elan edildi. Kraliça Viktoriya 1 noyabr 1858 il tarixli manifesti ilә hindlilәrә Britaniya imperiyasının digәr tәbәәlәri ilә bәrabәr hüquqlar vermәyi, mülkiyyәt hüquqlarına vә vassal hakimlәrin hüquqlarına hörmәt etmәyi öhdәsinә götürdü. Britaniya hökumәti torpaq vergisinin әhәmiyyәtli dәrәcәdә artırılmasından imtina etdi, icarәdarların müdafiәsi mәqsәdilә tәdbirlәr gördü, Hindistan ordusunda, mәhkәmә vә hüquq sistemindә islahatlar hәyata keçirdi.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İCARƏDAR