Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İCARƏDAR)
    HİND-MALÁYYA ZOOCOĞRAFİ VİLAYƏTİ
    HİND-MALÁYYA ZOOCOĞRAFİ VİLAYƏTİ, Ş ә r q v i l a y ә t i – Paleogeyanın tәrkibinә daxildir; Asiyanın cәnub hissәsini vә Asiya ilә Avstraliya arasındakı adaların çoxunu әhatә edir. Yaxın keçmişdә H.-M.z.v. әrazisinin çox hissәsi rütubәtli tropik vә ya musson tipli meşәlәrlә örtülü idi ,tropik savannalara rast gәlinirdi. Tәbii meşәlәr, demәk olar ki, tamamilә mәhvedildikdәn sonra, onları antropogen landşaftlar әvәz etdi. İlkin biota, әsasәn, dağlıq r-nlarda qalmışdır. H.-M.z.v.-nin faunasında növ vә cinslәrin böyük müxtәlifliyi olsa da, burada yüksәkdәrәcәli endemik taksonların sayınisbәtәn azdır. Mәmәlilәrdәn yunqanadlılar dәstәsi (Dermoptera), siçanabәnzәrlәrin monotipik fәsilәsi (tikanlı süleysünlәr Platacanthomyidae) vә primatlar dәstәsinin üç fәsilәsinin: uzundabanlar (Tarsiidae), sincab meymunlar (Tupaiidae) vә hibbonların (Hylobatidae) arealları bu әrazi ilә mәhdudlaşır. Hәşәratyeyәnlәr (o cümlәdәn kirpilәr), yarasalar (bitkiyeyәn uçan itlәr vә s.), yırtıcılar [itkimilәr, dәlәkimilәr, viverra kimilәr, yenotkimilәr (kiçik panda), pişik kimilәr, ayılar fәsilәlәri vә kaftarların bir növü] çoxsaylı vә müxtәlifdir. Burada Hindistan fili, sәciyyәvi dırnaqlıların bütöv bir sırası – tapir, kәrgәdanlar, marallar, öküzlәr (Hindistan camışı vә cırtdan camış, qaur, bantenq, boz öküz vә s.), antiloplar (nilqau, harna, dörd buynuzlu); çoxlu gәmiricilәr, o cümlәdәn sincablar vә uçan sincablar; meymunların bir neçә endemik növü, o cümlәdәn oranqutan yaşayır. Avropa, Asiya, Afrikanın demәk olar ki, bütün geniş yayılmış vә tropik fәsilәlәrini (yalnız yarpaqquşlar fәsilәsi, Irenidae ciddi endemikdir) tәmsil edәn quşların sayı olduqca çoxdur. Kәkilli uzun qanadlar (Hemiprocnidae), pittalar (Pittidae), bayquş keçisağanlar (Podargidae), buynuzdimdiklәr (Eurylaimidae) vә digәrlәrinin biol. müxtәliflik mәrkәzlәri H.-M.z.v.-nә daxildir. Sürünәnlәrdәn qalxan-quyruq ilanlar (Uro peltidae), qulaqsız varanlar (Lantha no tidae), iribaş tısbağalar (Platysternidae) vә qaviallar (Gavialidae) fәsilәlәri endemikdir. Müxtәlif gekkonlar, varanlar, aqamalar, uzun ayaqlar, ilanlar, tısbağalar, bir neçә timsah növü vә bir növ buqәlәmun var. Suda-quruda yaşayanlar tropiklәr üçün sәciyyәvi olan ayaqsız amfibilәr (Apoda) dәstәsilә tәmsil olunur; salamandrlar (Urodela) vil.-in yalnız şm. sәrhәdyanı hissәlәrindә yayılmışdır; qurbağalar vә quru qurbağaları (Anura) çoxsaylıdır, ağac qurbağaları (Hylidae) yalnız Şimali Hind-Çin üçün sәciyyәvidir vә vil. әrazisinin böyük bir hissәsindә Rhacophoridae fәsilәsi ilә әvәz olunur. Şirinsu balıqları faunasında çәkikimilәr böyük müxtәlifliklә fәrqlәnir; tikanüz - gәclilәrin qrupları (o cümlәdәn labirintli balıqlar) çox zәngindir. H.-M.z.v.-nin entomofaunası çox müxtәlif olsa da, cücülәrin spesifik ali taksonları burada azdır. Yalnız 3 endemik fәsilә vardır: qulağagirәnlәr Arixenidae (çox vaxt ayrıca yarımdәstә kimi qeyd olunur), Tricte notomidae böcәklәri vә Neocastniidae kәpәnәklәri, lakin adәtәn növlәrlә zәngin olan vә yalnız bu bölgәyә xas olan yarımfәsilә, triba vә cinslәrin sayı hәdsiz çoxdur. H.-M.z.v. faunasının tәrkibinә görә Efiopiya (Afrotropik) zoocoğrafi vil.-inә daha yaxındır. Hәr ikisi üçün kәrgәdanlar, fillәr, darburun meymunlar (insanabәnzәr meymunlar daxil olmaqla), kәlәzlәr, lemurlar, dırnaqlıların bәzi cinslәri (o cümlәdәn maralçalar vә camışlar); quşlardan – tovuzquşular vә kәrgәdan quşlar; sürünәnlәrdәn buqәlәmunlar, varanlar, aqamalar sәciyyәvidir. Onurğasızlar arasında oxşar taksonlar çoxdur. H.-M.z.v. daxilindә bir sıra yarımvilayәt ayırd edilir: Hind, Hind-Çin (bunlar bәzәn birlәşdirilir) vә Malayya (bu yarımvilayәt Zond vә Filippin yarımvilayәtlәrinә bölünә bilәr), bәzәn H.-M.z.v.-nin tәrkibindә ayrıca Papuas yarımvilayәti dә göstәrilir. Bәzi tәdqiqatçılar Sakit okean adaları faunalarını Polineziya vә Havay yarımvilayәtlәri adı ilә H.-M.z.v.-nә aid edirlәr. H.-M.z.v. әrazisindә qәdim mәdәniyyәt ocaqları mövcud olmuş, burada birsıra kәnd tәsәrrüfatı heyvanları – camış, qaur, bantenq (“Bali inәyi”), donuz, toyuq, hind bal arısı әhlilәşdirilmişdir.
       Əd.: Б о б р и н с к и й  Н.А. География животных. 2-е изд. М., 1961; К р ы ж а н о в с к и й  О.Л. Состав и распространение энтомофаун земного шара. М., 2002; Биогеография с основами экологии. М., 2003.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İCARƏDAR