Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İCARƏDAR)
    HİNDLİLƏR
    HİNDLİLƏR, b h a r a t i y a – etnosiyasi birlik, Hindistanın әhalisi. H. ölkә konsttusiyasında vahid (unitar) millәt kimi qeyd edilir, dövlәtin etnomәdәni çoxluğu isә “müxtәliflikdә birlik” kimi şәrh olunur. Hinduizmin ardıcıllarını bildirәn “hinduistlәr” sözü H. termininin sinonimi deyil. Hindistanda sayları 1,13 mlrd. nәfәr (2007), B.Britaniyada 1 mln. nәfәr (Cәnubi Asiyadan olan digәr gәlmәlәrlә birlikdә 2,2 mln. nәfәr; 2001), Kanadada 1 mln. nәfәr (2005), ABŞ-da 1,25 mln. nәfәr (2001), Cәnubi Afrikada 1 mln. nәfәr (2007), Mavrikidә 700 min nәfәr, Ficidә 400 min nәfәr vә s. H. arasında Hindistan konstitusiyasında xüsusi statusları tәsbit olunmuş 2 xalqlar qrupu müәyyәnlәşdirilmişdir: 1) “linqvistik” inzibati ştatlar formasında öz müqәddәratlarını tәyinetmә hüququna malik birlәşmiş iri xalqlar; onların dillәri milli dillәr sırasına daxildir: marathalar, benqallar, qucaratlılar, teluqular, kannaralar, malayalilәr, tamillәr, pәncablılar, oriyalar, racәsthanlılar, assamlılar, kәşmirlilәr, manipurilәr; 2) dövlәt dәstәyi siyasәtindәn yararlanan “qeydiyyata alınmış” 636 tayfa (adivasilәr). Müxtәlif etnik qruplar da tayfa statusuna iddia etmәyә başlamışlar. Qanq ilә Camna çayarasında vә qonşu vilayәtlәrdә yaşayan, qohum hind-ari dialektlәrindә (khari boli dialekti әsasında hind vә urdu dillәri inkişaf etmişdir) danışan hindustanlılar H. arasında xüsusi mövqeyә malikdirlәr. Dil baxımından onlara yaxın olan Bihar (Bihar vә Carkhand ştatları) sakinlәri çox vaxt biharlılar birliyi kimi qeyd olunurlar. Qoa ştatı, hәmçinin Maharaştra vә Karnataka ştatlarının sahilyanı dairәlәrinin bir hissәsinin sakinlәri konkanilәr birliyini (Maharaştrada onlar marathaların tәrkibinә daxildir) tәşkil edirlәr. H. arasında substrat irqi tip Cәnubi vә Mәrkәzi Hindistanda üstünlük tәşkil edәn vedda irqi vә cәnubi hind irqi ilә tәmsil olunur.Şimalda, qәrbdә vә şәrqdә hind-Aralıq dәnizi irqinin hind-әfqan tipi üstünlük tәşkil edir. Şimalda vә şimal-şәrqdә Cәnubi Asiya irqi tәmsilçilәrinin qrupları mәskunlaşmışlar. İrqi tip ilә kasta, yaxud etnik mәnsubiyyәt arasında birbaşa korrelyasiya müşahidә olunmur. Dil mәnsubiyyәti baxımından H. hindari xalqlarına (әsasәn, subkontinentin şm. hissәsindә: hindustanlılar, marathalar, qucaratlılar, pәncablılar, oriyalar, biharlılar, racәsthanlılar, assamlılar, konkanilәr vә b.), dravidlәrә (әsasәn, c.-da: tamillәr, teluqular, kannaralar, malayalilәr, todalar, qondlar,khondlar, oraonlar vә b.), Avstrasiya dillәrinin daşıyıcılarına (mundalar qrupundan olan xalqlar, başlıca olaraq Mәrkәzi Hindistanın ş.-indә adivasilәrin tәmsilçilәri – santallar, mundalar, holar, birhorlar vә b., hәmçinin Nikobar a-rının sakinlәri vә mon-khmer dillәrindә danışan Assam khasilәri) vә Tibet-Birma xalqlarına (әsasәn, şm.-ş.-dә: manipurilәr, mizolar, naqalar, bodolar, qarolar, tripurilәr, bhotiyalar, tibetlilәr, daflalar, apatanilәr vә b.) aiddirlәr; kәşmirlilәr dard dillәrindәn birindә danışırlar. Müasir hinddillәrinin qohumluq terminologiyasına vә leksik bazasına әsasәn bir çox etnik qrupun, ilk növbәdә hindarilәr qrupunun qәdimdә digәr dillәrdә danışdıqları ehtimal olunur. İkidillilik (hind dili ilә racәsthani, teluqu dili ilә urdu vә s; ziyalı tәbәqәlәrindә ikinci dil kimi çox vaxt ingilis dili işlәdilir) geniş inkişaf etmişdir. H.-in 80%-indәn çoxunu hinduistlәr, 13%-indәn çoxunu müsәlmanlar, 2,3%ini xristianlar, 1,9%-ini siqhlәr, 0,8%-ini buddistlәr, 0,4%-ini caynalar tәşkil edirlәr, digәrlәri tayfa dinlәrinin ardıcılları, zәrdüştilәr (parslar), hәmçinin yәhudilәrdir. H. üçün linqvistik vә etnik aramsızlıq sәciyyәvidir. Hindistanda etnososial vә ziyyәtin formalaşmasına kasta tәşkilatçılığı tәsir göstәrmişdir; onun әsasını tәşkil edәn qohum kollektivlәr arasındakı münasibәtlәr(ilk növbәdә nikah münasibәtlәri) hinduizmin dini qaydaları ilә ciddi surәtdә nizamlanır. Müsәlman, siqh, cayna, xristian, yәhudi, pars, hәtta kasta әleyhinә olan neobuddist icmaları da sәciyyәvi kasta qapalılığı vә tәbәqәlәşmә xüsusiyyәtlәri qazanır, kasta quruluşuna periferik komponentlәr kimi әlavә olunurlar. Hindistan antropologiya xidmәti iri vә kiçik xalqların, “tayfalar”ın, linqvistik, әrazi, dini, tәriqәtçi vә s. qrupların tәrkibindә 2795-dәn 4635-dәk yerli, regionlararası vә ümumhindistan sәviyyәsindә “icma” (kasta qrupları) qeydiyyata almışdır.
     
    Hind mәdәniyyәtinin әsasları. Harappa mәdәniyyәtinin (hind  mәdәniyyәti) Cәnubi Asiyada birbaşa varisi olmasa da, onun elementlәri Hindistan y-a-nın böyük hissәsinә tәsir göstәrmişdir. Harappa dövrünün sәciyyәvi cәhәti kimi müxtәlif inkişaf sәviyyәsindә olan mәdәniyyәtlәrin vahid mәdәni mәkanda mövcudluğu sonralar hind mәdәniyyәtinin fәrqlәndirici xüsusiyyәtinә çevrilmişdir. Harappa incәsәnәtindә daha sonrakı dini sistemlәrdә inkişaf etmiş kultların (Dünya ağacı obrazı, ilahә-ana, öküz, kәl, pәlәng vә s. kultlar) tәsiri izlәnilir. Cәnubi Asiyanın әn qәdim әhalisinin mövcudluğunu arxaik izolyatlar (burişlәr) tәsdiq edir. Sanskrit dilindәki leksik alınmalara görә, arilәrin regiona gәlişinәdәk(e.ә. 2-ci minillik) Hindistan y-a, әsasәn, protodravidlәr vә protomundalar (Himalayın dağәtәklәri, Qanq ilә Camna vadisi, Kathiyavaradәk Mәrkәzi Hindistan) tәrәfindәn mәskunlaşdırılmışdı; şm.-ş.-dә tәqr.e.ә. 3-cü minillikdә Tibet-Birma xalqları yaşayırdılar. Hind-arilәr bu әraziyә tәdricәn, ehtimal ki, bir neçә әsr әrzindә nüfuz etmişlәr. Artıq bu dövrdә hind-arilәrin Riqveda da әksini tapmış dini tәfәkküründә planetlәrin hәrәkәtini, allahların әmәllәrini vә insanların hәyatını nizamlayan, sonralar isә bütün hind dinlәrindә saxlanılan dünya qanunu (rita) haqqında tәsәvvürlәr aparıcı rol oynayırdı. Veda panteonu allahlarının (İndra, Varuna, Surya, Aqni, Aşvinlәr vә s.) obrazları hind dinindә vә eposunda saxlanılmışdır. Arilәrin miqrasiyası dövründә meydana gәlmiş 4 tәbәqәyә – varnaya bölgü sistemi әsasında hind cәmiyyәtinin kasta quruluşu formalaşmışdır. Hindistanın müasir etnososial durumu sanskritlәşdirmә (hәrfi mәnada – tәkmillәşdirmә, mәdәnilәşdirmә; hinduizm ekspansiyası vә özlәrinin ictimai quruluş idealını, hәmçinin hind-arilәrin “mәdәni” hәyat tәrzini digәr әhali arasında yayan brahmanların ruhani hakimiyyәti) gedişindә meydana gәlmişdir. Sonrakı istilaçılar vә köçkünlәr – farslar vә yunanlar, saklar (şaklar), ağhunlar (eftalilәr) vә bir sıra digәrlәri H.-in tәrkibinә etnik mәnşәli kastalar, yaxud etnokasta birliklәri kimi qatılmışlar. “Tayfalar”ın sanskritlәş dirilmәsi prosesi hazırda da davam edir vә onlar aşağı, “qeydiyyata alınmış” kastalar kimi hinduist cәmiyyәtinә daxil olurlar. Vedalar dini әsasında tәşәkkül tapmış, avtoxton inancların vә sitayiş tәcrübәsinin, tantrizmin elementlәrini, Puranalar vә epos әnәnәlәrini mәnimsәmiş hinduizm qәti olaraq 10 әsrdә formalaşmış hind mәdәni birliyinin dünyagörüşünün әsasını tәşkil etmişdir. H.-in mәdәni birliyinә hәmçinin onların e.ә. 1-ci minillik – eramızın 1-ci minilliyindә ümumhind imperiyalarının (Mauryalar, Quptalar, Qurcara-Pratiharalar vә s.) tәrkibindә birlәşmәlәri dә sәbәb olmuşdur. 7 әsrdә әrәblәrin Sindә hücumlarından başlayaraq Hindistanın islam dininin nüfuz dairәsinә daxil edilmәsi (xüsusilә 13–19 әsrlәrdә Dehli sultanlığı Böyük Moğollar dövründә), sonralar isә Avropa müstәmlәkә sisteminә inteqrasiyası da hind mәdәniyyәtinin özünәmәxsusluğunu mәhv etmәmişdir.
    Etnoqrafik oçerk. Hindistan mәdәnietnoqrafik cәhәtdәn Mәrkәzi Hindistan (Uttar-Pradeş, Madhya-Pradeş, Maharaştra, Çhattisqarh, Uttarançal ştatları), Cәnubi Hindistan (Andhra-Pradeş, Karnataka, Tamilnad, Kerala ştatları), Şәrqi Hindistan (Qәrbi Benqaliya, Bihar, Carkhand, Orissa ştatları), Şimal-Şәrqi Hindistan (Arunaçal-Pradeş, Assam, Naqalend, Manipur, Mizoram, Tripura, Meqhalaya, Sәkkәm ştatları), Qәrbi vә Şimal-Qәrbi Hindistan (Cammu vә Kәşmir, Himaçal-Pradeş, Pәncab, Haryana, Racәsthan, Qucarat ştatları) tarixi-etnoqrafik әyalәtlәrinә bölünür. Əsas mәşğuliyyәtlәri Harappa dövrünә gedib çıxan, mussonlardan vә süni suvarmadan asılı olan xış әkinçiliyidir. Cәnubda vә şәrqdә çәltik (çaybasarlarda vә quru dәrәlәrdә), şimal-qәrbdә vә şimalda çәltik vә buğda, hәr yerdә darı (bacra), kalış (covar), qarğıdalı, arpa, xardal, paxlalılardan noxud, lobya, yerfındığı becәrilir; bostançılıq (tәrәvәz vә s.), meyvәçilik (manqo, quava, filalması, Kәşmirdә alma vә üzüm), palma (kokos, Palmira palması), әdviyyat (istiot, darçın, hil, sarıkök, zәncәfil vә s.), texniki bitkilәr (pambıq, cut, indiqo, tütün) yayılmışdır. Bәzi “tayfalar” yarımköçәri maldarlıq (qucarlar, bhotiyalar vә b.), ovçuluq (qondlar, bhillәr, naqalar) vә yığıcılıqla (bal, әdviyyat, müalicәvi otlar, mahua çiçәklәri vә s.) mәşğul olurlar. Hәr yerdә qaramal (öküz, zebu, camış), dağәtәklәrindә qoyun vә keçi, qәrbdә at, şimal-şәrqdә donuz yetişdirirlәr. Regionların çoxunda otlaqlardan ilboyu istifadә mümkün olmadığına görә heyvanlar burdaqda saxlanılır. Əsas yanacaq növlәrindәn biri kimi peyindәn istifadә olunur. Çay vә dәniz balıqçılığı inkişaf etmişdir, mirvari vә balıqqulağı toplanılması saxlanılmışdır. H.-in çoxu kәndlәrdә yaşayır.
    Kәndlәrdә әhalinin sayı 500 nәfәrdәn başlanır, müxtәlif kastaların nümayәndәlәri kasta mәhәllәlәrindә yaşayırlar (“toxunulmazlar” isә kәnddәn kәnarda); birkastalı kәndlәrә nadir halda rast gәlinir. Kәnd sakinlәri peşә vәzifәlәrinin ciddi bölgüsünә vә müxtәlif kastalardan olan ailәlәr arasında xidmәtlәr mübadilәsinә әsaslanan kasta icmasını tәşkil edirlәr. Modernlәşmә dövrünәdәk icma özünüidarәsi (pançayat rac) kastalararası şuralar tәrәfindәn hәyata keçirilirdi. Hazırda qarşılıqlı sosial әlaqәlәrin әnәnәvi icma modeli, hәtta şәhәr şәraitindә dә tәkrarlanır. Ənәnәvi evlәri vә malikanәlәri üç nәsildәn ibarәt ailә üçün nәzәrdә tutulur; ev, anbar, pәyә vә digәr tәsәrrüfat tikililәri qapalı hәyәt yaradır; qadınlar günün çox hissәsini burada keçirirlәr. Evlәrin tipi vә görünüşü landşaft-iqlim şәraitindәn vә әlçatan tikinti materialından asılıdır. Şimalda düzbucaq planlı, samanlı kәrpicdәn tikilmiş, yastı damı (isti havalarda burada yatırlar) vә şüşәbәndi olan tikililәr yayılmışdır; Qucarat vә Racәsthanın yarımsәhra rayonlarındakı ağardılmış evlәrin suvağı üzәrindә ornamentlәr, mәişәt sәhnәlәri çәkilmişdir; Himalayın dağәtәklәrindә vә Karnataka meşәlәrindә oyma naxışlarla bәzәdilmiş, karkaslı, yaxud kәrtmә, ikimәrtәbәli dirәk üstü, yaxud alt mәrtәbәsi daşdan olan tikililәr; Orissada dairәvi planlı, damı palma yarpaqları ilә örtülmüş, çubuqhörmә komalar yayılmışdır. H.-in mәişәti әn xırda tәfәrrüatlarınadәk dini tәlimatlarla nizamlanmışdır, onların arasında ayini tәmizlik haqqında tәlim әsas yeri tutur. Hinduizmdә qidalanma, müxtәlif qidaların energetik xüsusiyyәtlәri vә onların insan orqanizminә tәsiri haqqında tәlim yaradılmışdır. Müxtәlif sosial qruplar (peşә, yaş, kişi vә qadın qrupları) üçün qәmәri ayın günlәrindәn vә ilin fәsillәrindәn asılı olaraq müxtәlif qidalanma qaydaları mövcuddur. Yemәklәr açıq ocaqda bişirilir. Mәtbәx evin әn müqәddәs yeri hesab olunduğuna görә bura kәnar şәxslәr buraxılmır. Yemәklәrin әsasını düyü, kökә, әridilmiş kәrә yağı vә müxtәlif növ bitki yağları, pörtlәdilmiş tәrәvәzlәr tәşkil edir; hinduistlәrin әksәriyyәti әt, balıq vә yumurtadan istifadә etmәdiyinә görә onlar üçün zülal mәnbәyi süd vә paxlalılardır. Ədviyyatlardan (o cümlәdәn sarıkök әsasında hazırlanan karridәn), hәmçinin turşuya qoyulmuş vә tәzә tәrәvәzlәrdәn hazırlanmış souslardan geniş istifadә olunur. İsti iqlim şәraitindә mikrobların yayılmasının qarşısını almaq xüsusiyyәtinә görә әdviyyatlar faydalı hesab edilir. Şirniyyatlar ayini qida, allahlara hәdiyyә kimi, bayram münasibәtilә vә mәrasimlәrin keçirilmәsi zamanı bişirilir. Betel (pan) çeynәmәk dişlәr vә hәzm üçün faydalı hesab olunur. Hinduizm qaydaları H. üçün kәnarları haşiyәli iki parçadan hazırlanmış, tikişsiz geyimlәr (kişilәrdә dhoti vә çiyinlik, qadınlarda sari vә sinә sarğısı) mәslәhәt görür; toxucular hәmçinin lungi, şal, belbağı, әmmamә üçün qaydaya uyğun enli parçalar istehsal edirlәr. H.-in geyimlәri tәmiz yuyulmuş vә yaxşı ütülәnmiş olmalıdır; onlar geyimlәrini gün әrzindә bir neçә dәfә dәyişirlәr. Geyimlәrin növü, rәngi vә bәzәyi insanın sosial vә dini statusundan xәbәr verir. Tikişli paltarlar (şalvar, köynәk, gödәkcә, kişi papağı topi) İran vә Orta Asiya mәnşәli müsәlmanların Hindistana gәlişindәn sonra yayılmışdır. Tikişli yubkalar, koftalar, baş örtüklәri yerli tayfa әnәnәlәri ilә әla qәlәndirilir. Klassik hind әnәnәsinә rәğmәn şm.-ş.-dә paltarı peşәkarlar deyil, hәr bir ailәnin sahibәsi toxuyur; papaq, bluz, jaket, isti çiyinlik (qadınlar qısa yubka vә önlüklә, kişilәr şalvarla) geyinirlәr. Evli qadınlar üzük, bilәklәrinә, bazuönünә, topuqlarına (zınqırovlu) bilәrzik, boyunbağı (o cümlәdәn qadının ailәli olması rәmzi sayılan tali), burun bәzәklәri, kәmәr taxırlar. Bәzәk әşyalarının düzәldilmәsindә qızıl vә gümüş gülәbәtindәn, qalın toxunma saplardan geniş istifadә olunur. Mәrasimlәr zamanı, yaxud hәmail qismindә alınlarına qırmızı boya ilә xal (tiki) çәkirlәr. Kastaların vә “tayfa”ların çoxunda şәkildöymә, yaxud xına ilә naxışçәkmә yayılmışdır. Sәnәtkarlıqla müxtәlif kastaların nümayәndәlәri – toxucular, boyaqçılar, dәmirçilәr, dulusçular, dülgәrlәr, daş üzәrindәoymaçılar vә b. mәşğul olurlar. Ən yaxşı ipәk parçalar müqәddәs şәhәrlәr hesab olunan Varanasi vә Kançipuramda istehsal edilir. İkat üsulu ilә boyanmış, yaxud metallaşdırılmış saplarla toxunma naxışları olan ipәk parçalar yayılmışdır. Pambıq parçalar basma (xüsusilә Racәsthanda) vә trafaret naxışlarla, qәlәmkar texnikası vә batik üsulu ilә bәzәdilir. Tikmәdә metal saplardan, güzgü vә mika qırıqlarından, muncuqdan, pilәkdәn, böcәk qanadcıqlarından istifadә olunur. Parçanın rәngi rәmzi mәna daşıyır: ağ rәngdәn ayini tәmizlik rәmzi, o cümlәdәn matәm geyimi kimi; zәfәran rәnginә çalan sarı rәngdәn dini ibadәt vә dünya hәyatından uzaqlaşma rәmzi kimi istifadә edilir; tünd sürmәyi boyadan (indiqo) ali kastaların geyimlәrindә istifadә olunmur vә s. Toxumada qamış vә dәnli bitkilәrin liflәri pak hesab edilir. Ev müxәllәfatı, mebel vә hәsir palma yarpaqlarından, kokos vә liana liflәrindәn dә düzәldilir. Cut liflәri yalnız kanat, hәsir kisә vә qapçaq üçün yararlı hesab olunur. Qidanın murdarlanmasından ehtiyat etdiklәri üçün hinduistlәr arasında “torpaqdan düzәldilmiş” saxsı qablara qarşı mәnfi rәy formalaşmışdır. Bu sәbәbdәn Hindistanda çini vә şüşә qablar geniş yayılmamışdır. Evin ayini tәmizlәnmәsi zәrurәti yarandıqda saxsı qablar sındırılır vә tullanır. Ən qәdim dövrlәrdәn özünün fәlsәfәsinә vә son dәrәcә dәqiq texnoloji qaydalarına malik ağac [tik ağacı, Himalay sidri (d e o d a r), qırmızı ağac, palisandr ağacı, abnos ağacı, qoz ağacı, akasiya, meyvә ağacları, liana vә palma oduncaqları, şolapith qamışı; özünәmәxsus qoxuya vә üzәrindә әn incә oymalar cızmağa imkan verәn, bәdii cәhәtdәn fil sümüyü üzәrindәki oymalarla müqayisә edilәn çox hamar teksturaya malik sәndәl ağacı xüsusilә qiymәtlidir; sәndәl ağacından ibadәt әşyalarının düzәldilmәsindә vә mәbәdlәrin interyerinin tәrtibatında da istifadә olunur] vә daş üzәrindә oyma sәnәti tikinti sәnәti kateqoriyasına aid edilir. Oyma naxış hәmayil rolunu oynayır, bu sәbәbdәn mәmulatların vә memarlıq tikililәrinin üzәrindә, hәtta әn kiçik hamar yer saxlanılmır. Oyma ağac mәmulatını bitki yağları vasitәsilә pardaxlayır vә әtirli maddәlәrlә sürtüb işıldadırlar.
    Ş i f a h i y a r a d ı c ı l ı q. H.-in şifahi әnәnәlәrinin müxtәlifliyi onların etnik, sosial (kasta), dini, dil çoxtәrkibliliyini әks etdirir. Hind klassik musiqisinin әsasını H.-in ayrı-ayrı etnodil vә dini birliklәrinә mәnsub olan 2 әnәnә tәşkil edir: şimali – hin dustani vә cәnubi – karnataka. H.-in hәr bir konfessional qrupunun özünün dini vә paraliturgiya sәs formalarının mәcәllәsi mövcuddur (mәs., Şimali Hindistan müsәlmanlarının kauali janrı әhәmiyyәtli dәrәcәdә özünәmәxsusluğu ilә fәrqlәnir). Müxtәlif hind xalqları üçün hәmçinin spesifik mәişәt musiqisi, musiqili rәqs vә musiqili teatr janrı vә formaları sәciyyәvidir. Hindistanın çoxәsrlik mәdәniyyәti ilә bağlı olan musiqi vә rәqsin çoxsaylı növlәri, formaları, üslubları yeni, vesternlәşmiş şәhәr mәişәt musiqisindәn xeyli fәrqlәnir (kinomusiqisi; folklor janrlarına uyğunlaşdırılmış populyar musiqi – Pәncab bhanqrası, Qucarat dandiyası vә s.). Hindistanın şm.-q. musiqi mәdәniyyәtindә Racәstan ştatının vokal-instrumental, instrumental vә rәqsteatr sәnәti seçilir. Qhumar vә teratali qadın rәqslәri populyarlıq qazanmışdır. Vokal ifanı vә rәqslәri simli yaylı sarangi, surinda, kamayça, ravanahatta; qoşa fleytalar – alqoza, satara, pungi (yaxud ilanları ovsunlamaq üçün murla alәti); fleyta nar, varqan morçanq, kartal kastanyetlәri müşayiәt edir. Pәncab vә Qucarat ştatlarının alәtlәr dәstinә qonşu әrәb-İran regionunun әnәnәlәri tәsir göstәrmişdir (ikitәrәfli tәbil – dhol, yaxud dholak, nağara-litavralar, qoboy tipli şahn ai). Hindistanın şm. hissәsinin rәqs tamaşaları әnәnәvi Xoli, Divali vә s. bayramlarla bağlıdır. Şm. ştatlarında Divali bayramı. Uttar-Pradeş ştatı. yaşayan H.-in musiqisi buddizmin ayin formalarına söykәnәn Nepal vә Tibet xalqlarının әnәnәsiilә ümumi әlamәtlәrә malikdir. C. ştatları (Andhra-Pradeş, Tamilnad, Kerala, Karnataka) H.-inin qәdim musiqi vә rәqs әnәnәlәri mәbәd formaları ilә bağlıdır. Kostyumlaşdırılmış tamaşaları “Mahabharata” vә “Ramayana” epik dastanlarının süjetlәrinә, musiqi üslubu isә Cәnubi Hindistan mәbәd әnәnәlәrinә әsaslanan kaxatkali musiqili rәqs janrı Cәnubi Asiyanın hüdudlarından kәnarda da geniş şöhrәt qazanmışdır. Orissa, Madhya-Pradeş, Maharaştra, Qәrbi Benqal, Bihar, Assam, Meqhalaya, Mizoram vә s. ştatlarda a d i v a s i “tayfalarının”; Andaman vә Nikobar a-rının musiqi vә musiqili rәqs әnәnәlәri özünәmәxsusluğunu qoruyub saxlayır. Bunların bir hissәsi qәdim avstrasiya mәdәniyyәtindәn intişar tapır. Öz әnәnәviliyi ilә yanaşı, H. inkişaf edәn millәtdir. Yeni peşәlәrdә vә mәşğulluğun müasir sferalarında (o cümlәdәn yüksәk texnologiyalar sahәsindә – әczacılıqda, elektrotexnika vә elektronikada, kompüter proqramlarının işlәnib hazırlanmasında) keçmiş “toxunulmaz” kasta vә qeyri-hinduist dinlәrin nümayәndәlәrinin dә iştirakı nәzәrәçarpandır.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İCARƏDAR