Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İCARƏDAR)
    HİNDTOYUQLARI
    HİNDTOYUQLARI (Meleagris) – toyuqkimilәr dәstәsinin qırqovullar fәsilәsindәn quş cinsi. 2 növü var: adi H. (M. gallopavo) vә әvvәllәr ayrıca Agriocharis cinsinә aid edilәn xallı H. (M. ocellata). H. üçün boyun, ayaqlar vә quyruğun nisbәtәn uzun olması sәciyyәvidir. Qanadları enli, dәyirmidir. Yaxşı uça bilmir, ağaclarda yalnız gecәlәyir, sürәtlә qaçır. A d i H. dәstәnin әn iri nümayәndәsidir. Erkәklәrinin uz. 117 sm-әdәk, kütlәsi 10 kq-adәk olur, dişilәri nisbәtәn balacadır. Erkәk fәrdlәrin başı vә boynunun yuxarı hissәsi lәlәksizdir, cinsi sәslәşmә zamanı ölçülәri xeyli böyüyәn maviyәçalan qırmızı, әtli dәri törәmәlәri var. Lәlәk örtüyü tünd-qonur vә metal parıltılı qaradır, belinin vә quyruğundakı zolağın rәngi şabalıdıdan açıq-oxra rәngi arasında dәyişir. İri lәlәklәri üzәrindә köndәlәn ağ zolaqlar yerlәşir. Dişi fәrdlәr erkәklәrdәn az әlvandır. Cәnubi Kanadadan Şimali Meksikaya qәdәr Şimali Amerikanın mülayim vә subtropik meşәlәrindә vә kolluqlarında mәskunlaşmışdır. Yetkin fәrdlәr, әsasәn, bitkiyeyәndir, quş balaları rasionunun 80%-ni cücülәr tәşkil edir. Erkәklәr qrup halında toplaşıb nigah oyunları keçirir, bu zaman dominant fәrdlәr bir neçә dişi ilә cütlәşir. Yuvası kol dibindә, yaxud otlar arasında çala şәklindә olur. 7–18 yumurta (adәtәn, 10–11) qoyan dişi 26–28 sutka kürt yatır. Yumurtadan çıxmış balalar tәqr. 2 hәftәliyindә uça bilir, yayın sonuna qәdәr dişilәrin yanında qalır, sonra yem axtarmaq üçün dәstәlәr halında birlәşir ; yetkin erkәk fәrdlәr ayrı-ayrı kiçik dәstәlәr әmәlә gәtirir. Ənәnәvi ov obyektidir. X a l l ı H. kiçik ölçülәrinә (erkәklәrinin kütlәsi 4 kq-adәk) vә daha әlvan rәnginә görә fәrqlәnir. Cәnub-Şәrqi Meksika, Qvatemala vә Belizin tropik meşәlәrindә azsaylı quşdur; TTEMBİ-nin “Qırmızı kitab”ına daxil edilmişdir.
    M.gallopavo növünә aid olan әtlik ev H., ehtimal ki, eramızın әvvәllәrindә Şimali Meksikada әhlilәşdirilmişdir; әksәriyyәti öz vәhşi әcdadlarından xeyli iri olur. Dünyada H.-nın 20-dәn artıq cinsi var (21 әsrin әvvәllәri). Cinsin bәdәn quruluşu vә diri kütlәsindәn asılı olaraq H. krossları (cinslәrarası hibridlәri) vә xәtlәri yüngül (mәs., Tixoretsk qara H.), orta (tunc rәngli Şimali Qafqaz H.) vә ağır (ağ enlidöş H.) olur. Azәrb.-da tunc enlidöş, Şimali Qafqaz enlidöşü, Tixoretsk vә s. H. cinslәri yetişdirilir.
    Xallı hindtoyuğu (Meleagris ocellata).
     
    Tunc rәngli Şimali Qafqaz enlidöş hindtoyuğu.
    H.-nın diri kütlәsinin 70%-indәn çoxu yemәlidir, o cümlәdәn 25%-i vә daha çoxu döş әzәlәlәrindәn (ağ әt, döş әti adlanır) ibarәtdir. Əti yüksәk dad keyfiyyәtlәri vә pәhriz xüsusiyyәtlәri, xolesterinin (100 qda 75 mq) vә piyin (2–5%) azlığı, kalorililiyin (100 q-da 836–1170 kC) aşağı olması ilә fәrqlәnir; tәrkibindә 28%-әdәkasan mәnimsәnilәn zülal var, fosfor, kalium, B qrupu vitaminlәri vә s. ilә zәngindir. FAO-nun mәlumatlarına (2013) görә hind toyuğu әti istehsalının (min tlarla) dünya liderlәri: ABŞ (2633 – dünya istehsalı hәcminin 48%-i), Braziliya (520), Almaniya  (458-dәn çox), Fransa (340-danartıq), İtaliya (310). B.Britaniya (187). Aparıcı ixracatçılar: ABŞ (dünya istehsalı hәcminin tәqr. 32%-i), Polşa, Almaniya, Braziliya, Fransa. 5 aylıq mәhsuldar dövründә orta yumurtlağanlıq 50–90, bәzi cinslәrdә 130 әdәd olur. Süni işıqlandırmadan istifadә etmәklә istiqamәtlәndirilmiş yetişdirmә zamanı H. istәnilәn mövsümdә yumurtlaya bilәr. H. sürüsünü dәfәlәrlә komplektlәşdirdikdә bir yumurtlayan hindtoyuğu ildә 200-әdәk yumurta verir. Quş fabriklәrindә H.-nı qәfәs batareyalarında, yaxud torlu döşәmәlәrdә yetişdirir, kombinә edilmiş keyfiyyәtli quru yemlәrlә yemlәyirlәr. Bina avtotәknә vә әlverişli mikroiqlimi tәmin edәn icbari ventilyasiya ilә tәchiz olunur. İlboyu әt istehsalı üçün sürü dәfәlәrlә komplektlәşdirilir, cavan heyvanların yetişdirilmәsi istiqamәtlәndirilmiş şәkildә hәyata keçirilir.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İCARƏDAR