GODUŞ – süd mәhsulları üçün istifadә edilәn saxsı qab. Yaxın Şәrq, Qafqaz xalqları, o cümlәdәn azәrb.-lar arasında geniş yayılmışdır. Ağız hissәsi gen, boğazsız, gövdәsi şişkin, oturacağa yaxın yerdәn isә daralan vә dibi yastı olur. G.-dan süd sağmaq, qatıq çalmaq vә s. üçün istifadә edilir. Arxeoloji qazıntılar zamanı Azәrb.-ın Tunc, Dәmir dövrü vә orta әsr abidәlәrindәn çoxlu G. tapılmışdır.










