GOXT, Türk Goxtu, A ş a ğ ı G o x t – İrәvan xanlığının Gәrnibasar mahalının dağlıq hissәsindә, Ellәr r-nu (9.9.1930 ildәn Kotayk, 12.10.1961 ildәn Abovyan r-nu) әrazisindә, Gәrni çayının sağ sahilindә azәrb.-ların yaşadığı kәnd. 1918 ildә G. ermәni-daşnak hücumuna mәruz qalmış, әhalisi qovulmuşdur. Sovet hakimiyyәti illәrindә kәndin qaçqın әhalisinin bir hissәsi geri qayıtmış, lakin 1930-cu illәrdә Ermәnistan rәhbәrliyi kәndi lәğv edәrәk qonşu ermәni kәndinә birlәşdirmiş, az sonra isә bütün azәrb. әhalisi sıxışdırılıb buradan çıxarılmışdır.










