GOMARAN – Yelizavetpol (Gәncә) qub.-nın Zәngәzur qәzasında (9.9.1930 ildәn Qafan r-nu), Oxçu çayının sağ sahilindә azәrb.-ların yaşadığı kәnd. 1918–20 illәrdә kәnd ermәni-daşnak hücumlarına mәruz qalmış, yandırılmış, әhalisi Zәngilana qovulmuşdur. Bölgәdә sovet hakimiyyәti qurulduqdan sonra әhali geri dönәrәk kәndi bәrpa etmişdir. Lakin 1988 ilin noyabrında azәrb.-lı әhali yenidәn buradan deportasiya olunmuşdur.










