Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    GORANBOY RAYONU
    GORANBOY RAYONU (1938–91 illәrdә Qasım İsmayılov r-nu) – Azәrb. Resp.-n da inz. r-n. 1930 ildә tәşkil edilmişdir. Sah. 1791 km2. Əh. 112,1 min (2017). R-n şm.-ş.-dәn Yevlax, c.-ş.-dәn Tәrtәr, q.-dәn Göygöl, şm.-q.-dәn Samux r-nları ilә hәmsәrhәddir. R-nda 2 şәhәr, 6 qәsәbә, 79 kәnd var. Mәrkәzi Goranboy ş.-dir. Tәbiәt. Sәthi, әsasәn, düzәnlikdir (Gәncә-Qazax düzәnliyinin c.-ş. kәnarı). R-nu c. vә c.-q. hissәsi Kiçik Qafqazın şm.-ş. yamacındadır (hünd. 1000 m-dәk). Ərazinin şm. kәnarını Mingәçevir su anbarının c. sahili boyunca uzanan Bozdağ (Gәncә Bozdağı) tirәsinin mәrkәzi hissәsi (hünd. tәqr. 400–500 m) tutur. Sәthi ayrı-ayrı yerlәrdә qobu vә dәrәlәrlә kәsilmişdir. Dağlıq sahәdә Paleogen vә Neogen, düzәnlikdә isә Antropogen çöküntülәri yayılmışdır. Faydalı qazıntıları: neft (Acıdәrә neft yatağı, Qazanbulaq neft yatağı), әhәngdaşı, gil, gips, barit. Dünyada yeganә müalicәvi neft yatağı (Naftalan) buradadır. İqlimi düzәnlikdә mülayim isti vә quru subtropik, c. vә c.-q. hissәdә nisbәtәn mülayimdir. Orta temp-r yanvarda 1,5-dәn –1°C-yә qәdәr, iyulda 26,5-dәn 22°C-yәdәkdir. İllik yağıntı 300–600 mm. Çayları (Kürәk, İncә, Goran, Buzluq, Korçay vә s.) Kür hövzәsinә aiddir; suvarmada istifadә edilir. Şabalıdı, dağ boz-qәhvәyi, dağ-çәmәn, qonur dağ-meşә, qәhvәyi dağ-meşә, açıqşabalıdı torpaqlar yayılmışdır. Bitki örtüyü yovşanlı vә yovşanlı-şoranotulu yarımsәhra vә kol bitkilәrindәn, Alp vә subalp çәmәnliklәrindәn, palıd, cökә vә vәlәsdәn ibarәt enliyarpaqlı dağ meşәlәrindәn, kolluqlu vә seyrәk meşәli çәmәnlәrdәn, yüksәk dağlığın qayalıq vә ovuntu bitkilәrindәn tәşkil olunmuşdur. Heyvanları: canavar, tülkü, boz dovşan, çölsiçanı, yenot, ular, turac, bәzgәk, dovdaq, ceyran, cüyür, daşlıq dәlәsi, meşә pişiyi, ayı, meşә süleysini, çaqqal, qırmızıquyruq qumsiçanı, Kiçik Asiya qumsiçanı, gürzә. R-n әrazisindәki nadir heyvan (ceyran, dovşan) vә quş növlәrinin (kәklik, turac) mühafizә mәqsәdilә 1961 ilin noyabrında ümumi sah. 15000 ha olan Korçay Dövlәt Yasaqlığı, 2007 ildә hәmin yasaqlığın bazasında Korçay Dövlәt Qoruğu yaradılmışdır.
    Əhali. Orta sıxlıq 1 km2-dә 62,6 nәfәrdir. Əhalinin 75%-i kәndlәrdә yaşayır. İri yaşayış mәntәqәlәri Goranboy, Dәli mәmmәdli şәhәrlәri, Qazanbulaq, Aşağı Ağcakәnd, Qızılhacılı qәs.-lәri, Boluslu, Xan Qәrvәnd, Fәxralı kәndlәridir.
    Tәsәrrüfat. Gәncә-Qazax iqtisadi r-nuna daxildir. R-n iqtisadiyyatında k.t. (pambıqçılq, taxılçılıq, tәrәvәzçilik, bağçılıq, bostançılıq vә heyvandarlıq) vә sәnaye istehsalı üstünlük tәşkil edir. 2018 ildә G.r-n -da 220,4 mln. manat hәcmindә mәhsul vә xidmәtlәr istehsal olunmuşdur, o cümlәdәn sәnayedә 12,2 mln. manat, k.t.-nda 87,1 mln. manat, tikintidә 58,2 mln. manat. R-nda 4 sәnaye müәssisәsi fәaliyyәt göstәrir. Bunlarda mebel dәstlәri, mәişәt avadanlıqları, gips, gips daşı istehsal olunur. 5280 nәfәr fәrdi sahibkarlıqla mәşğuldur. 878-i daimi olmaqla cәmi 3086 yeni iş yeri açılmışdır açılmışdır (2018). K.t.-na yararlı torpaqların sah. – 42635 ha (2018); taxıl – 19128 ha, günәbaxan – 1860,0 ha, kartof – 435 ha, tәrәvәz – 1204,0 ha, bostan bitkilәri – 95 ha, şәkәr çuğunduru – 466,1 ha, tütün – 8,0 ha, pambıq – 5000,0 ha, fındıq – 19,0 ha, üzüm – 89,9 ha, meyvә vә gilәmeyvә – 2853,2 ha, birillik ot – 107,0 ha (2018). Əkilәn torpaqların orta mәhsuldarlıq göstәricisi: taxıl – 55646,2 t (29,6 s), günәbaxan – 4709,2 t(25,3 s), kartof – 3717,0 t (85,4 s), tәrәvәz – 8843,1 t (73,4 s), bostan bitkilәri – 2243,0 t (236,1 s), şәkәr çuğunduru – 9999,8 t (214,5 s), tütün – 13,9 t (17,3 s), fındıq 16,1 t (8,4 s), üzüm – 258,6 t (28,7 s), meyvә vә gilәmeyvә 19075,4 t (66,8 s), birillik bitki – 856,8 t (79,3 s; 2018). R-nda bitkiçilik ilә yanaşı heyvandarlıq sahәsi dә inkişaf etmişdir. 38522 baş qaramal, 191304 baş davar var (2018). R-n üzrә әt istehsalı 4824,9 t, süd istehsalı 35561,2 t, yun istehsalı 388 t, yumurta istehsalı 19175 min әdәd olmuşdur.
    Mәdәni quruculuq vә sәhiyyә. R-nda 32 mәktәbәqәdәr tәhsil müәssisәsi (1595 uşaq), 79 ümumtәhsil mәktәbi (15 011 şagird), 2 mәktәbdәnkәnar tәhsil müәssisәsi (1152 şagird), 7 musiqi mәktәbi (1152 şagird), Goranboy Peşә mәktәbi (240 şagird) fәaliyyәt göstәrir (2018/2019). 45 kitabxana, 3 muzey, 33 mәdәniyyәt evi, 26 klub, 21 idman meydançası, 3 park var. Gülüstan k.-ndә Gülüstan qalası (12–17 әsrlәr), Kürәk çay qәsәbәsindә qala (19 әsr), Meşәli k.-n dә Alban mәbәdi, Şәfәq k.-ndә Mollavәlәdli türbәsi, Borsunlu k.-ndә Borsunlu türbәsi, Erkәc k.-ndә türbә, Qızılhacılı qәsәbәsindә mәscid, Sarov k.-ndә mәscid r.-nun memarlıq abidәlәrindәndir. R-nda 215 çarpayılıq 3 xәstәxana, 20 kәnd hәkim mәntәqәsi, 40 kәnd tibb mәntәqәsi, gigiyena vә epidemiologiya mәrkәzi, 146 hәkim (o cümlәdәn 15 stomatoloq), 457 orta tibb işçisi (o cümlәdәn 50 mama) var (2017).
    Goranboy r-nu. Dәlimәmmәdli ş. Əkbәr cümә mәscidi.
     
    Goranboy şәhәri. Heydәr Əliyev Mәrkәzi.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU