GORANBOY – Azәrb. Resp.-nda şәhәr (2.8.1966 ildәn). Goranboy r-nunun mәrkәzi. Bakıdan 311 km, Goran d.y. st.-ndan (Bakı–Tbilisi d.y.) 7 km aralı, Goran çayının sahilindә, Gәncә-Qazax düzәnliyindәdir. Əh. 10,2 min (2017). Şәhәrdә 4 mәktәbәqәdәr tәhsil müәssisәsi, 6 ümumtәhsil mәktәbi, 2 mәktәbdәn kәnar tәhsil müәssisәsi, 2 musiqi mәktәbi, peşә mәktәbi fәaliyyәt göstәrir (2018/2019). 3 kitabxana, 2 muzey, 2 mәdәniyyәt evi, 2 klub, 2 idman meydançası, 3 park var.










