GORUS – Yelizavetpol (Gәncә) qub.-nın Zәngәzur qәzasında (9.9.1930 ildәn Gorus r-nu), Gorus çayı sahilindә azәrb.-ların yaşadığı kәnd. 19 әsrin әvvәllәrindә bölgә Rusiya tәrәfindәn işğal edildikәn sonra G. k.-ndә İrandan vә Türkiyәdәn köçürülmüş ermәnilәr yerlәşdirilmişdir. 1905 vә 1918 illәrdә G.-un azәrb. әhalisi ermәni-daşnak hücumlarına mәruz qalmış, qovulub çıxarılmışdır. 9.9.1930 ildә kәndin adı dәyişdirilәrәk Qoris qoyulmuşdur.










