GOVURARX – Mil düzündә qәdim suvarma kanalı. Arazdan Qarqar çayına qәdәr uzanırdı. Uz. 60 km, eni bәzi yerlәrdә 4–5 m-dәn çox idi. Mәnbәlәrdә Barlas kimi adı çәkilmişdir; әrәb işğalından sonra “Govurarx” adlandırılmışdır. G.-dan Beylәqan ş.-nin qala xәndәyini doldurmaq vә әtraf әrazilәri suvarmaq üçün istifadә olunurdu. Arxeoloji qazıntılar G.-ın e.ә. 1-ci minilliyin sonlarında çәkildiyini vә erkәn orta әsrlәrdә tәkmillәşdirildiyini göstәrir. 13 әsrin 20–30-cu illәrindә G.-ı monqollar dağıtmışdı. 14 әsrin sonunda Əmir Teymur bәrpa etdirmiş, 18 әsrin birinci yarısında Nadir şah yenidәn dağıtmışdı. Sonralar müxtәlif vaxtlarda G.-ın bәrpasına tәşәbbüs göstәrilsә dә, kanal getdikcә әhәmiyyәtini itirәrәk sıradan çıxmışdır.










