GOVURARX – Muğan düzündә qәdim suvarma kanalı. Araz çayından başlayan G. indiki Bilәsuvar r-nunun әrazisindәn keçmişdir. Arxeoloji tәdqiqatlar G.-ın Sasanilәr dövründә çәkildiyini söylәmәyә әsas verir. Çöl Ağdam, Şәhriyar, Qalayeri, Adsız qala, Nәrgiztәpә yaşayış mәskәnlәri G. kәnarında salınmışdır.










