Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    GOVURQALA 
    GOVURQALA – Azәrb. Resp. Ağdam r-nunun Boyәhmәdli vә Sofulu kәndlәri әrazisindә 3–10 әsrlәrә aid şәhәr yeri vә qәbiristan. Sah. tәqr. 40 ha-dır. Ərazidә ilk arxeoloji tәdqiqatlar 1958 ildә aparılmışdır. G.-nın Albaniya (Qafqaz) hökmdarlarının yay iqamәtgahı, Aluen ş.-nin xarabalığı olduğu ehtimal edilir. Şәhәrә saxsı tünglәrlә bulaq suyu çәkilmişdi. Arxeoloji qazıntılar zamanı muncuq, toxuculuq alәtlәri, daşdan tikilmiş vә ortasında ocaq-kürә düzәldilmiş evlәr, mәbәd, qәbiristan vә s. aşkar edilmişdir. Tapıntılar içәrisindә Suriyada hazırlanmış şüşәdәn әtirqabı, Bizans imperatoru I Anastasinin [491–518] pulu vә s. vardır. G.-nın narınqala hissәsi Sofulu k.-nin  q.-indә, hünd. 6–8 m, sah. tәqr. 1,4 ha olan tәpә üzәrindәdir. Burada qalınlığı 5 m-ә çatan 2 qatdan ibarәt mәdәni tәbәqә aşkar edilmişdir. Narınqalada hәyat 3–4 әsrlәrdә başlasada, qala divarları 6–7 әsrlәrdә tikilmişdir. Qalanın bünövrәsi әhәngdaşıdan, qorunub saxlanmış hissәsinin hünd. tәqr. 4 m, eni isә 1,47 m olan divarları müxtәlif ölçülü çiy kәrpicdәn inşa edilmişdir. 1971 ildә aşkar edilmiş dairәvi tikili (çaydaşıdan palçıqla hörülmüşdür, diametri 1,3 m, hünd. 1,2 m-dir) ehtimal ki, istehsalat ocağının qalıqlarıdır. Tәmizlәnmiş quyuların birindәn dәfinә halında şüşә flakonlar tapılmışdır. Möhrәdәn inşa edilmiş yarımdairәvi planlı digәr tikilinin qalıqları yarımqazma tipli otaqlardan ibarәtdir. Otaqların künclәrindә tavanı saxlayan ağac tirlәr, hәr otaqda tәsәrrüfat quyusu vә dövrәsinә daş düzülmüş ocaq yeri qeydә alınmışdır. G.-da 13 tәsәrrüfat quyusu, eyni zamanda iri tәsәrrüfat küplәri aşkarlanmışdır (1973). Narınqalanın q. hissәsindә 8–10 әsrlәrә aid birnefli, ş. hissәsindә isә yarımdairәvi aspida formalı mehrabla qurtaran böyük ibadәt otağından vә yardımçı otaqdan ibarәt mәbәd aşkar edilmişdir. Mәbәdin tikintisindә әhәngdaşı vә çaydaşıdan, bәrkidici material kimi daş ovuntusu qatılmış әhәng mәhlulundan vә palçıqdan istifadә olunmuşdur. Kirәmit vә kvadrat formalı bişmiş kәrpic qırıqlarına da rast gәlinmişdir. Mәbәddәn aşkarlanmış daş sәnduqә üzәrindәki yazıdan sarkofaqın Alban hökmdarı Hammamın qardaşına aid olduğu müәyyәnlәşdirilmişdir.
    Əd.: G ö y ü ş o v R. Azәrbaycan arxeologiyası. B., 1986; X ә l i l o v M.C. Albaniyanın yaşayış yerlәri (IV–X әsrlәr). B., 2010.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU