GOVURQALA – Amudәrya çayının sağ sahilindә (Qaraqalpaq Resp.-nın Biruni r-nunda) e.ә. 4 әsr – eramızın 4 әsrinә aid Xarәzm qalası (tәqr. 200×450 m). Kuşan dövlәtinin şm. sәrhәdlәrini qorumaq mәqsәdilә tikilmişdi. Bürclü qala divarları ilә әhatә olunmuşdu. Qazıntılar zamanı yaşayış evlәri, divar rәsmlәri qalığı vә daş sütunların özüllәri olan salon, gil heykәllәr vәs. aşkar edilmişdir.










