GOVURQALA, B u m G o v u r q a l a s ı – Azәrb. Resp. Qәbәlә r-nu Bum k.-nin şm.-ında, Bum keçidindәn 5 km cәnubda, Axıtәpәnin әtәyindә yerlәşәn müdafiә istehkamı. G.-dan vә Axıtәpә müşahidә mәntәqәsindәn (G.-dan tәqr. 500 m şm.-ş.-dә) ibarәtdir. Qalanın q. tәrәfindәn Bum, ş. tәrәfindәn Dәyirman çayları axır. Rәvayәtә görә, I Xosrovun [539–579] hakimiyyәti illәrindә tikilmişdir. G. düzbucaq şәkillidir, şm. vә c. divarlarının uz. 103 m, q. vә ş. divarlarının uz. 120 m-dir. Qalanın hәr tәrәfindә 3, c. tәrәfindә isә 4 düzbucaqşәkilli bürc yeri, divarlarında (divarların qalınlığı 3,8 m, qorunub saxlanmış hissәsinin hünd. 3,5 m-dir) 40 40 sm ölçülü mazğallar var. Aralarındakı mәsafә 2 m-dir. Darvaza yeri qalanın c. tәrәfinin ortasında, bir-birindәn 10 m mәsafәdә yerlәşәn iki bürcün arasındadır. Qala divarları vә bürclәr әhәng mәhlulu ilә bәrkidilmiş çaydaşıdan tikilmişdir. G.-dan tәqr. 1 km şm.- ş.-dә yerlәşәn әhәng quyularında aparılmış arxeoloji qazıntılar әhalinin burada әhәng bişirdiyini göstәrir. Memarlıq xüsusiyyәtlәrinә vә aşkar olunmuş keramikaya әsasәn qalanın tarixi 5–6 әsrlәrә aid edilir.










